Sabiq prezidentin oğlu həbs edildi

Sabiq prezidentin oğlu həbs edildi
Ermənistan  Milli Təhlükəsizlik Nazirliyi ölkənin sabiq prezident Robert Köçəryanın oğlu Sedrik Köçəryana məxsus olan şirkətlərdə axtarış aparıb.
 
Sfera.az xəbər verir ki, Köçəryanın  oğlu 5 milyon dollardan vəsaiti qanunsuz olaraq ölkədən çıxarmaqda günahlandırılır.
 
Bu səhər isə Sedrik Köçəryan Ermənistan  Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilib. Ona məxsus olan İravanın  mərkəzindəki "Best Western Congress Hotel”də də axtarış aparılıb.  
 
Ermənistan Milli Təhlükəsizlik Nazirliyi  Sedrak Köçəryana  məxsus şirkətin direktoru Aleksan Vorskanyanı da həbs edib. İki gün öncə həbs edilən Vorskanyan qanunsuz pul köçürmələri etdiklərini etiraf edib. 


OXŞAR XƏBƏRLƏR