Beynəlxalq Bank işçi axtarır - Vakansiya

Beynəlxalq Bank işçi axtarır - Vakansiya
"ABB” ASC  Nağd vəsaitlərlə iş departamentinin Kassa əməliyyatlarına nəzarət şöbəsinə aparıcı mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Kassa əməliyyatını aparmaq üçün əsasnamə, təlimat, rəhbər materialları və başqa normativ sənədləri; kassa və bank sənədlərinin formalarını; pul vəsaitlərinin və qiymətli kağızların qəbulu, verilməsi, hesabı və mühafizəsi qaydalarını; mədaxil-məxaric sənədlərinin rəsmiləşdirmə qaydalarını; onun mühafizəsinin təmin olunma qaydasına nəzarət etmək;
 Nağd pul və digər vəsaitlərin qəbulu, təslimi, saxlanması və qorunması üzrə əməliyyatların aparılması və aparılan əməliyyatların Mərkəzi Bankın və Maliyyə bazarlarına Nəzarət Palatasının normativ göstəricilərinə və bankın daxili qaydalarına uyğunluğunun təmin edilməsinə nəzarət etmək;.
 Valyuta-mübadilə əməliyyatlarının aparılmasına nəzarət etmək;.
 Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barəsində müəyyən olunmuş formalarda hesabatları təqdim edilməsi;

Bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil olun

Bank işi kurslarımız üçün daxil olun: //banco.az/az/bank-isi-kursu

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil;
 Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ kassa sənədləri haqqında biliklər; 
 Analatiki bacarıqlar, vaxtın idarəedilməsi və problemləri həll etmək bacarığı;
 Diqqət və nəzarət etmə xüsusiyyətlərinə malik olmaq;

Bu iş sizə nələri qazandıracaq:

 Bankın iş proseslərini dərindən öyrənmə imkanları;
 İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  5 fevral 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının "Kassa əməliyyatlarına nəzarət şöbəsinə aparıcı mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.


OXŞAR XƏBƏRLƏR