2019-da hansı sahələr gəlir gətirəcək? - TOP 5

2019-da hansı sahələr gəlir gətirəcək? - TOP 5
2019-cu ildə daha çox hansı sahələr gəlir gətirəcək? 

Facemark.az xarici mənbələrə istinadən bu il gəlir gətirəcək 5 sahənin adını açıqlayıb.

1. Mobil tətbiqləri inkişaf etdirmək - 2018-ci ildəki statistikalara, əsasən insanlar kompüter istifadəsindən mobil vasitələrin istifadəsinə keçid edirlər. Bu da mobil telefon tətbiqlərində inkişafı zəruri hala gətirir. Nəticədə bu sahə ən gəlirli sahələrdən birinə çevrilmə istiqamətindədir.

2. Mikromobillik - Şəhərdaxili sıxlıq və sonsuz tıxacların varlığı elektrikli velosiped, skuter və skeytbord istehsal edən sratuplar üçün yeni fürsətlər yaradır. Gələcək illərdə bunların ən çox istifadə olunan ictimai nəqliyyat vasitəsinə çevriləcəyi proqnozlaşdırılır.

3. Yaşlı insanlar üçün evdə baxım xidmətləri - Əhalinin demoqrafik göstəricilərindən görünən odur ki, yaşlı əhalinin sayı artmaqdadır. Yaşlı insanların əksəriyyəti öz evində qalmağı üstün tutur və ailə fərdləri onlara kömək üçün çox vaxt münasib olmurlar. Buna görə onlara baxacaq, ev işində kömək edəcək, həkim müayinəsində onlara yardım edəcək insanlara ehtiyac böyükdür.

4. Körpə baxım texnologiyaları - Müasir dövrdə insanlar öz sağlamlıqları haqqında daha tez məlumat almaq istəyirlər. Ona görə də, onlar biləklərinə taxdıqları sağlamlıq izləyicisi tipli texnologiyaları ilə yaşamaqdadırlar. Təbii ki, yeni texnologiyalar öz körpələri haqda az məlumata sahib olan insanların daha çox məlumatlanması üçün əvəzolunmaz vasitəyə çevriləcək.

5. İdman təlimçiliyi - Son dövrlərdə fərdi idman təlimçiliyinə tələb hər gün daha da artır. Çunki həkimlər sağlam həyat tərzi haqqında ciddi şəkildə xəbərdarlıq edir. İnsanlar idman etməyi sevmirlər. Buna görə də onlara daima nəzarət edən, tövsiyə verən şəxsi təlimçinin olması insanları motivasiya edir.

Qaynarinfo.az

OXŞAR XƏBƏRLƏR