2019-cu ildə bu şəxslər milyarder oldu — SİYAHI

2019-cu ildə bu şəxslər milyarder oldu — SİYAHI
"Forbes” jurnalı 2019-cu ildə milyarder adını qazanan şəxslərin reytinqini tərtib edib.
 

Sfera.az trend-ə istinadən xəbər verir ki, siyahıya "Amazon” şirkətinin təsisçisi Ceff Bezosun keçmiş xanımı Makkenzi Bezos rəhbərlik edir.

O, bu il baş vermiş boşanma prosesindən sonra 34,5 milyard dollar varidata sahib olub.

İkinci yerdə kanadalı iş adamı Entoni fon Mendl qərarlaşıb. O, "Mark Anthony Brands” içki məmulatları şirkətini təsis etməklə 3,5 milyard dollar qazanıb.
İlk üçlüyü amerikalı investor Herbert Verthaum tamamlayır. O, 1970-ci ildə təsis etdiyi "Brain Power” rəngli linza şirkətindən əldə etdiyi gəliri birjaya yatırmaqla 2019-cu ildə 3,1 milyard dollar qazanıb.

Reytinqə həmçinin, "Kylie Cosmetics” şirkətinin təsisçisi Kayli Cenner və rusiyalı dörd uşaq anası, "Wildberries” onlayn mağazasının təsisçisi Tatyana Bakalçuk daxil olub. Hər iki qadın bu il 1 milyard dollar gəlir əldə edib.

OXŞAR XƏBƏRLƏR

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...