“Nar” 2018-ci ilin ilk rübünün nəticələrini açıqladı

“Nar” 2018-ci ilin ilk rübünün nəticələrini açıqladı
"Azerfon” MMC ("Nar” ticarət nişanı) cari ilin ilk rübünün nəticələrini açıqlayıb.

Sfera.az xəbər verir ki, nəticələrə əsasən, bu dövr ərzində şirkət bir çox göstəricilər üzrə yüksək artım dinamikası nümayiş etdirib. Bu göstərici üzrə təkcə paytaxt ərazisində deyil, həmçinin bölgələrdə də yüksək nəticə əldə edilmişdir ki, bu da mobil operatorun regionlardakı şəbəkəsini gücləndirməsi sayəsində mümkün olub. Belə ki, "Nar”-ın sərfəli internet paketləri sayəsində ilin ilk rübündə mobil internetdən istifadədə 68% artım olmuşdur. Dünya təcrübəsində mobil zənglərə tələbatın azalma trendinə baxmayaraq, "Nar”-da səsli zənglərin həcmi keçən ilə nisbətdə dəyişməz olaraq qalıb.  

Cari ilin ilk üç ayı ərzində mobil operator ölkə ərazisində 156 yeni baza stansiyası quraşdırıb. Mobil operator Bakı şəhəri və Abşeron yarımadasında  84, Gəncə, Göyçay, Quba, Cəlilabad, Mingəçevir, Salyan, Şəki, Şəmkir, Tovuz, Zaqatala və respublikanın digər bölgələrində isə 63 yeni LTE baza stansiyasını istifadəyə veribr. Artıq bölgələrdəki "Nar” abunəçiləri də mobil operatorun LTE texnologiyası ilə təmin etdiyi 225 Mbit/s çatan sürət sayəsində internet resurslarından daha səmərəli şəkildə istifadə edirlər."Cari ilin ilk rübündə göstərdyimiz nəticələri çox müsbət qiymətləndirirəm. Bu nəticələr "Nar”-ın sərfəli qiymətləri və abunəçi yönümlü strategiyası sayəsində mümkün olmuşdur. Şəbəkə infrastrukturuna yatırdığımız sərmayələr nəticəsində 3G və 4G şəbəkəmizi əhəmiyyətli dərəcədə genişləndirdik”, - deyə "Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke nəticələri şərh edərkən bildirib.

Hazırda genişləndirilmiş "Nar” şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications” keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb. 


OXŞAR XƏBƏRLƏR

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...