Dünya

Plakat açmağa görə 4 universitet tələbəsi həbs olundu

Plakat açmağa görə 4 universitet tələbəsi həbs olundu
6 iyulda Türkiyədə Orta Doğu Teknik Universitetinin məzun buraxılış ilə bağlı keçirilən mərasimində prezident Rəcəb Tayyib Ərdoğana qarşı təhqir ehtiva edən plakatın açılması ilə bağlı 5 nəfər saxlanılmışdı.

Sfera.az ölkə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə bağlı saxlanılan 5 nəfərdən 4-ü haqda həbs-qətimkan tədbiri seçilib. Ankara Polis İdarəsinə gətirilən şübhəlilər prokurora ifadə verdikdən sonra məhkəməyə göndərilib. Plakatı daşıyan D.C.Y, B.A. və F.E.D. ilə plakatı hazırlayan Ö.K həbs olunub. Plakatı çap edən Ş.D isə azad edilib. 
 

Rəsul
Sfera.az

XƏBƏR LENTİ