Hadİsə

Şəhid əsgərimiz dəfn edildi — FOTO

Şəhid əsgərimiz dəfn edildi — FOTO
Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu dəfn edilib.

Sfera.az "Report"a istinadən xəbər verir ki, şəhid rayonun Qıraq Kəsəmən kənd qəbiristanlığında torpağa tapşırılıb. 

Şəhidin dəfn mərasimində ailə üzvləri ilə yanaşı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Ağstafa Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və sadə insanlar iştirak edib.

Şəhidin məzarı üzərində yaylım atəşi açılıb. 
AdRiver
AdRiver

XƏBƏR LENTİ

«    Yanvar 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031