Yol polisini kameraya çəkən sürücülər həbs olunacaq - RƏSMİ XƏBƏRDARLIQ

Yol polisini kameraya çəkən sürücülər həbs olunacaq - RƏSMİ XƏBƏRDARLIQ
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydalarını pozan, yol polisi tərəfindən saxlanıldıqda tabesizlik göstərən və onların videosunu çəkərək sosial şəbəkələrdə yayan bəzi sürücülərə xəbərdarlıq edib.


Sfera.az Demokrat.Az-a istinadən xəbər verir ki, son vaxtlar yol polisi əməkdaşları tərəfindən saxlanılan bəzi sürücülər bilərəkdən inspektorlara qarşı qərəzli hərəkətlər göstərərək tabesizlik nümayiş etdirirlər: 


"Onlar bu cür vəziyyətləri avtomobildə quraşdırılmış videoqeydiyyat cihazi vasistəsilə qeydə alaraq sosial şəbəkələrdə yayır və özlərini haqlı çıxarmağa çalışırlar. Bəziləri isə həmin videolarda yol polisinə qarşı tabesizlik göstərməsini, cərimə yazılmadan yola davam etməsini "qəhrəmanlıq” kimi qələmə verməyə çalışır. Lakin unudurlar ki, polis yollarda bu sürücülərin təhlükəsiz, sag-salamat evlərinə qayıtması üçün xidmət aparır. Bir halı da nəzərə almaq lazımdır ki, hər bir sürücü yol-patrul xidməti əməkdaşının "saxla” işarəsinə tabe olmalı, müvafiq qaydada sənədləri təqdim etməlidir. 


Zərurət yarandıqda isə polisin tələbi ilə avtomobili tərk etməlidir. Əks halda, qanunvericilikdə bununla bağlı məsuliyyət nəzərdə tutulub. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə 80 manat məbləğində cərimə nəzərdə tutulur. 


Həmin Məcəllənin 535-ci maddəsinin 1-ci bəndində isə daha ağır məsuliyyət nəzərdə tutulur. Maddədə qeyd olunur ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər 200 manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.


Xahiş edir ki təhlükəsizliyiniz naminə qaydalara riayyət edəsiniz".


Yeri gəlmişkən, DYP xatırladır ki, Yasamal rayon sakini Elşən Maqsudov mayın 17-də idarə etdiyi 90 LB 208 dövlət nömrə nişanlı, "Hyundai Elantra" markalı avtomobillə əks istiqamətdə hərəkət etdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. 


O, polisin qanuni tələblərinə tabe olmayıb. PPX əməkdaşlarının köməyi ilə Yasamal rayon 27-ci polis bölməsinə dəvət olunan sürücü barəsində araşdırma başlayıb. Haqqında toplanmış materiallar məhkəməyə təqdim olunub. Yasamal rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsinə əsasən 15 gün müddətinə inzibati qaydada həbs edilib.


OXŞAR XƏBƏRLƏR

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mus...

Bu xəbər neft və qızılı BAHALAŞDIRDI

ABŞ mediasında İsrailin İrana qarşı hücum təşkil etdiyi barədə xəbərlərin yayılması birjalarda qızıl və neft qiymətlərinə təsir edib.  Sfera.az xatırl...