Sağlıq

Qaysının faydaları

Qaysının faydaları
Qaysı iri və ya orta ölçülü ərik meyvəsinin qurudulmuş formasıdır. Qaysı ən dadlı quru meyvələrdəndir. Əriyi təbii yolla, həftələrlə günəşin altında saxladıqda qaysıya dönür.
 
Əriyin vətəni Orta Asiya və Çindir. Ərik ağacına İran, Krasnodar, Qafqaz ölkələri, Uzaq Sibir, Orta Asiya və Krımda rast gəlmək olur.  Qaysının ölçülərinə uyğun olaraq müxtəlif növləri var. Onu bütöv, çəyirdəkli və yarı bölünmüş halda olan ərikdən hazırlayırlar.

Qaysının saxlanması

Qaysını mağazalardan və ya bazarlardan almaq olur. Qaysı alarkən onun təzə və sağlam olmasına diqqət yetirmək lazımdır. Bunun üçün aşağıdakılar nəzərə alınmalıdır:

* qaysının rəngi təbii, tünd narıncı rəngdə olmalıdır
* qaysının üstündə fərli rəngli ləkələr, kir olmamalıdır
* qaysı möhkəm olmalıdır.

Qaysının süni rənglərlə rəglənməməsini anlamaq üçün onu alarkən suya salıb bir müddət saxlamaq lazımdır. Bu vasitə ilə satışda olan qaysının rənginin təbii və ya süni olduğu aşkara çıxır.

Qida sənayesində

Qida sənayesində qaysıdan ət, balıq, düyü məhsullarının bişirliməsi və salatların hazırlanması zamanı istifadə edilir. 100 qram qaysının qida dəyəri:

- Zülallar - 5,2 qr
- Yağlar - 0,3 qr
- Karbohidratlar - 51 qr
- Su - 20 qr
- Kalori - 232 kKal.

Qaysının tərkibində olan vitamin və minerallar təzə yetişmiş əriyin tərkibində olan vitamin və mineralların miqdarına bərabərdir. Onun tərkibində A, B1, B2, C, PP vitaminləri, kalium, kalsium, fosfor, natrium, maqnium, dəmir, liflər, yağlar və orqanik turşular var.

Qaysının faydalı və müalicəvi xüsusiyyətləri

Dietoloqlar gün ərzində 4-5 ədəd qaysı yeməyin orqanizm üçün çox faydalı olduğunu söyləyirlər. Belə ki, gündə 4-5 ədəd qaysı yemək anemiya, göz xəstəlikləri, mədə-bağırsaq xəstəlikləri, tromboflebit və atereskleroz xəstəliklərinin profilaktikası zamanı çox faydalıdır. Bu məqsədlə 100 qram ət maşınından keçirilmiş əriyi, 1 xörək qaşığı bal ilə qarışdırıb gündə 3 dəfə 1 xörək qaşığı olmaq şərti ilə yemək lazımdır. Müalicəni 1 ay müddətində davam etdirmək, sonra 2 həftə fasilə verib, yenidən təkrarlamaq lazımdır.

Davamlı olaraq qaysı yemək orqanizmdə hormonal disbalansın normallaşmasına, orqanizmdən pis xolesterinin xaric olmasına, infarkt və insult riskinin azalmasına, şəkərli diabet xəstəliyinin patoloji əlamətlərinin azalmasına, qalxanabənzər vəzin və böyrəklərin funksiyasının yaxşılaşmasına səbəb olur.
Qaysının tərkibində olan bəzi maddələr xərçəng hüceyrələrinin məhv olmasına səbəb ola bilir. Bu məqsələ qaysını müxtəlif quru meyvələrlə qarışdırıb yemək lazımdır. Bunun üçün 200 qram qaysı, 100 qram qara gavalı, 100 qram qoz ət maşınından keçirilir və üzərinə 2 xörək qaşığı bal əlavə edilib qarışdırılır. Qarışım soyuducunun aşağı gözündə saxlanılır və yatmazdan əvvəl 1 xörək qaşığı qəbul edilir.
Qaysıdan hazırlanan kompotlar və şirələr böyrək daşı xəstəliyi ilə mübarizədə çox faydalıdır. Bu qidalar orqanizmdən ağır metall zəhərlənmələrinin xaric olmasına səbəb olur.

Dietologiyada qaysının faydası

Tərkibində olan maddələr qaysının ən yaxşı dietik qida məhsulu olmasını sübut edir. Dieta saxlamaq və ya gündəlik zehi yükdən azad olmaq istəyənlər 300 qram qaysını tamam xırdalayıb üzərinə 500 ml şaftalı və ya ərik şirəsi əlavə etməli və sıyıq hazırlamalıdırlar. Bu sıyıqdan gündə 3-4 xörək qaşığı içmək orqanizm üçün çox fayda verir.

Kosmetologiyada qaysı

Qaysidan saçlar və üzün dərisi üçün müxtəlif maskaların hazırlanması üçün istifadə edilir. Yüydyülmüş qaysını süddə saxlayıb üzün və başın dərisinə qoymaq dərinin qidalanmasına və vitaminləşməsinə səbəb olur.

Qaysının zərərli xüsusiyyətləri

Həddindən çox qaysı yemək diareyaya səbəb ola bilir.
Bir yaşına qədər uşaqlara qaysı yedirmək məsləhət görülmür. Bu uşaqlarda allergik reaksiyalara və diareyaya səbəb ola bilir.
Hipertoniyalı və astmalı xəstələrə çoxlu miqdarda qaysı yemək tövsiyə edilmir./immunitet.az 

XƏBƏR LENTİ