Keçmiş icra başçısı həbs edildi

Keçmiş icra başçısı həbs edildi
 
Əbülfəz Elçibəyin hakimiyyəti dövründə, 1992-1993-cü illdərdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı olmuş Saleh Rüstəmov mayın 8-də Şəmkir rayonunda həbs edilib. 

Sfera.az "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, mayın 9-da Bakının Nərimanov rayon Məhkəməsinin qərarı ilə S.Rüstəmov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qardaşı Taleh Rüstəmov "Amerikanın Səsi"nə bildirib ki, Saleh Rüstəmov mayın 8-də onun avtomobilində Bakıya gedərkən saat 15.20 radələrində Şəmkir rayonunda Yol Patrul Xidmətinin stasionar postunun qarşısında saxlanılıb.

"Şəmkir rayonu ərazisindəki stasionar postda çoxsaylı polis əməkdaşları avtomobilimin qarşısını kəsdi. Həyat yoldaşım və mənim avtomobildən düşməyimə imkan vermədilər. Salehi düşürdülər, telefon və sumkasını əlindən aldılar. Sonra Salehə qarşı külli miqdarda narkotik ittihamı irəli sürüb barəsində həbs qətimkan tədbiri seçiblər. Bütün hərəkətlər polis postundakı kameraların qarşısında olub. Saleh Rusiya vətəndaşıdır. O siqaret belə çəkmir. Azərbaycana ildə cəmi bir dəfə gəlir. Bu dəfə də qohumumuzun yas yerinə gəlmişdi”, o qeyd edib.

Saleh Rüstəmov 1997-ci ildə Rusiyaya köçüb, Moskva şəhərində yaşayır. O kiçik bizneslə məşğuldur.

Rəsmi qurumlardan Saleh Rüstəmovla bağlı məlumat almaq hələ mümkün olmayıb.

OXŞAR XƏBƏRLƏR

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...