Vilayət Eyvazov Milli Məclisdə hesabat verəcək
13:40 / 23.03.2018
2793
Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatorunun hesabatı Milli Məclisə daxil olub.
Sfera.az-ın APA-ya istinadən məlumatına görə, hesabat parlamentin aprelin 3-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Hesabatı iclasda daxili işlər nazirinin müavini, milli koordinator, general-leytenant Vilayət Eyvazovun təqdim edəcəyi gözlənilir.