İlham Əliyevdən yeni təyinat

İlham Əliyevdən yeni təyinat
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin yeni müavini təyin olunub.

Sfera.az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Faiq Maqbed oğlu Quliyev komitə sədrinin müavini təyin edilib.

F. Quliyev buna qədər SOCAR Energy Georgia MMC-də marketinq və beynəlxalq əlaqələr bölməsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, bununla da komitənin sədr müavinlərinin sayı üçə çatıb.

OXŞAR XƏBƏRLƏR