Müəllimlər imtahan verəcək
21:34 / 02.03.2018
4476
Martın 9-da Təhsil Nazirliyi sisteminə daxil olan ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllim-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin növbəti mərhələsi keçiriləcək.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, diaqnostik qiymətləndirmənin bu mərhələsində 56 peşə-ixtisas istiqaməti üzrə müəllim-pedaqoji heyəti iştirak edəcək və bununla rasionallaşdırılmış peşə təhsili müəssisələri üzrə diaqnostik qiymətləndirmə tam başa çatmış hesab olunacaq.
Ötən il ərzində Təhsil Nazirliyi tərəfindən bütün peşə təhsili müəssisələri üzrə ümumtəhsil fənn müəllimlərinin və rasionallaşdırılmış peşə təhsili müəssisələrinin 51 peşə-ixtisas istiqaməti üzrə istehsalat təlimi ustalarının, ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib.