Pulunuzu bu 4 şeydən heç vaxt - ƏSİRGƏMƏYİN, YOXSA...

Pulunuzu bu 4 şeydən heç vaxt - ƏSİRGƏMƏYİN, YOXSA...
Qənaət etmək alışqanlığı uşaqlıqdan formalaşdırlımalıdır. Çünki böyüdükcə anlayırıq ki, bu vərdiş olmadan həyatımız daha da çətinləşir. Deyirlər "xəsis iki dəfə xərcə düşür”, lakin bəzi amillər var ki, istəsək də onlara qənaət etməməliyik.
Sfera.az publika.az-a istinadən bu siyahını təqdim edir:
Sağlamlıq

Çoxumuzun belə bir acınacaqlı xüsusiyyəti var. Yataq xəstəsi olmayanadək, həkimə getmirirk. Bunun üçün gah evdə türkəçarələrlə müalicə alır, gah da əczaçıdan məsləhət istəyirik. Həkimə getməməyimizin səbəbini isə pulsuzluqla əlaqələndiririk. Ən son halda isə, həmin pulun iki qatını xəstəxanalarda xərcləmək məcburiyyətində qalırıq. Odur ki, sağlamlığınıza heç vaxt qənaət etməyin. Lazım gələrsə, özəl və ödənişli klinikalara gedin, keyfiyyətli dərmanlar alıb qəbul edin, amma sağlamlığınız qoruyun. Bugün bunu etməsəniz, sabah daha da pis olacaq. Xərcləriniz və ağrılarınız isə ikiqat artacaq.
Texnika
Gənc ailələrə tanış olan daha bir durum var. Evə elektrik əşyaları, hətta smartfonlar alanda belə qənaət etməyə üstünlük veririk. Nəticədə isə həmin aləti təmir etdirməyə daha çox pul xərcləyirik. Odur ki, maddi imkan daxilində daha keyfiyyətli və biraz da qiymətdə üstün olan texniki avadanlıqlara pul xərcləmək büdcəyə daha çox uyğundur.
Saat və ayaqqabı

İnsanlar düşünür ki, bahalı ayaqqabı və aksesuarlar yalnız və yalnız varlı təbəqənin haqqıdır. Əslində isə bu, belə deyil. Ümumiyyətlə, hər kəsin qarderobunda bir cüt də olsa, bahalı ayaqqabı olmalıdır. Məsələn, bir mövsümdə 3 ayaqqabı almaq yerinə, cəmi 1 cüt və daha keyfiyyətlisini əldə edə bilərsiniz. Unutmayaq ki, ayaq pəncəmiz vücudumuzun sağlamlığını təmin edir. Daha ketfiyyətli ayaqqqabı isə, sağlam həyat deməkdir. Bahalı saat isə, yüksək zövqün göstəricisidir.
Təəssürat
İnsanı bu dünyada var edən, onu yaşadan təəssüratlarıdır deyilmi?! Odur ki, qocalığımıza yığdığımız ən böyük zənginliyimiz də təəssüratlarımızdır. Elə isə, əlinizə imkan düşdükcə səyahət edin, özünüzə və sevdiklərinizə zaman ayırın ki, qocalanda gənc nəsillə bölüşməyə bol təəssüratınz və xatirələriniz olsun.

OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...