Moskvanın yeni aeroportundan Bakıya uçuşlar bərpa edilir

Moskvanın yeni aeroportundan Bakıya uçuşlar bərpa edilir
 Rusiyanın "Pegas Fly” (İkar) aviaşirkəti martın 1-dən başlayaraq qış uçuş cədvəli çərçivəsində Moskvanın yeni "Jukovski” beynəlxalq hava limanından Bakıya reyslər həyata keçirməyə başlayacaq.

Sfera.az Trend-ə istinadən məlumatına görə, aviaşirkət reysləri martın 24-dək hər gün həyata keçirəcək.

Moskvadan uçuşlar yerli vaxtla saat 19:35-dən başlayacaq, Bakıya 23:30-da çatacaq. Əks istiqamətdə uçuşlar 06:15-də başlayacaq və Moskvaya saat 08:10-da çatacaq.

Qeyd edək ki, yay uçuş cədvəli çərçivəsində (iyulun 27-dən oktyabrın 29-dək) aviaşirkət həftədə 3 dəfə uçuşlar keçirirdi.

Xatırladaq ki, "Jukovski" hava limanı 2016-cı ilin mayında işə düşüb.

OXŞAR XƏBƏRLƏR