Sabah bu ərazilərdə su olmayacaq
19:32 / 21.02.2018
1028
Fevralın 22-də gün ərzində Xırdalan-Binəqədi şosesi ətrafı ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Sfera.az-a "Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, məhdudiyyət Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin köçürülməsi ilə əlaqədardır.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” abunəçilərdən üzr istəyir.