Cəmİyyət

Azərbaycanda yeni medal təsis edildi

Azərbaycanda yeni medal təsis edildi
Azərbaycanda "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı təsis edilib.
 
Sfera.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
 
Dəyişikliklərlə bağlı məlumat verən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, hərbi vətənpərvərlik hazırda ölkəmiz üçün son dərəcə önəmli məsələdir:
 
"Bu mənada həmkarlarımdan qanuna səs verməsini təklif edirəm”.
 
Qanun layihəsi səs qoyularaq qəbul edilib.
 
 
Aydan Lətifova
AdRiver

XƏBƏR LENTİ