Azərbaycanda manyak peyda oldu

Azərbaycanda manyak peyda oldu
 Manyakın gənc qadınlara hücum etdiyi bildirilir.

Sfera.az minval.info-ya istinadla xəbər verir ki, bu barədə hadisə şahidləri məlumat verib.

Mingəçevir şəhərində ortaya çıxan manyakın təxminən 50 yaşında olduğu qeyd edilir. Hadisənin dünən baş verdiyi söylənilir. Şahidlərin verdiyi məlumata görə, bir nəfər naməlum şəxs gənc qadının arxasınca düşərək onu qorxudub:

"Dayanmışdıq, bir qız ağlaya-ağlaya yaxınlaşaraq 50 yaşlarında olan kişinin onun arxasınca düşdüyünü dedi. O, həmçinin həmin şəxsin qızı qorxutduğunu bildirdi. Manyakın arxasınca düşsək də, qaçaraq binaların arasında gözdən itdi".

Həmin şəxsin kimliyi hələ ki, məlum deyil.

Xatırladaq ki, bir müddət öncə Lənkəran rayonunda insanları təşvişə salan manyak peydə olmuşdu. Onun yaşayış evlərinə girərək sakinlərə hücum etdiyi bildirilirdi. Məlumat yayıldıqdan bir neçə gün sonra həmin şəxs kənd sakinləri tərəfindən tutularaq polisə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR