Deputatların tətili başa çatdı
09:20 / 15.01.2018
597
Azərbaycan Milli Məclisinin (MM) deputatlarının tətil müddəti bu gün başa çatıb.
Sfera.az report-a istinadən xəbərinə görə, bu həftə parlamentin komitələri işə başlayacaq.
Fevralın 1-də isə Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçiriləcək. Yaz sessiyası mayın 31-dək davam edəcək.
Xatırladaq ki, parlamentin sonuncu plenar iclası ötən ilin dekabrın 29-da keçirilib.