Bu ailələrə verilən pulun artırılması qərarı qüvvəyə mindi

Bu ailələrə verilən pulun artırılması qərarı qüvvəyə mindi
Azərbaycan Nazirlər Kabinetinin "Dövlət statistika orqanları tərəfindən büdcələri müşahidə olunan ev təsərrüfatlarına öz gəlir və xərclərinin uçotunu apardıqlarına görə ödənilən pul vəsaitinin məbləğinin müəyyən edilməsi haqqında” imzaladığı qərar qüvvəyə minib.

"Report”un xəbərinə görə, sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara əsasən, ev təsərrüfatı büdcələrinin tədqiqatının sosial və iqtisadi əhəmiyyətini, ölkə əhalisinin həyat səviyyəsində baş verən dəyişikliklərin təhlilində, makroiqtisadi göstəricilərin, o cümlədən istehlak qiymətləri indeksinin hesablanmasında xüsusi rolunu nəzərə alaraq, seçmə müşahidəyə cəlb olunan ev təsərrüfatlarına öz gəlir və xərclərinin uçotunu apardıqlarına görə ödənilən aylıq pul vəsaitinin məbləği 10 manat səviyyəsində müəyyən edilib.

Pul vəsaitinin ödənilməsi hər il üçün dövlət büdcəsində Dövlət Statistika Komitəsinin saxlanılması xərclərinin tərkibində bu məqsəd üçün nəzərdə tutulan vəsait hesabına həyata keçiriləcək.

"Dövlət Statistika Komitəsi tərəfindən büdcələri müşahidə olunan ailələrə öz büdcələrini aparmalarına görə verilən pulun miqdarının müəyyən edilməsi haqqında” qərarı ləğv edilib. Bu qərarda məbləğ 1,65 manat olub.

Qərar 2018-ci il 1 yanvar tarixindən qüvvəyə minib.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR