“2018-ci ildə ölkəmizdə iqtisadi məsələlər çox uğurla həll edilib” - İlham Əliyev

“2018-ci ildə ölkəmizdə iqtisadi məsələlər çox uğurla həll edilib” - İlham Əliyev
"Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin çox böyük əhəmiyyət daşıyan növbəti görüşünün dünyada BMT-yə üzv olan 200-ə yaxın ölkə arasında məhz Azərbaycanda keçirilməsi ölkəmizə inamdan qaynaqlanır”. 
 
Bunu Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib. 

Dövlət başçısı 2018-ci ildə ölkəmizdə iqtisadi məsələlərin də çox uğurla həll edildiyini diqqətə çatdırıb. İdman sahəsində qazanılan qələbələrdən danışan Prezident İlham Əliyev bildirib ki, idmançılarımız bu il 800-ə yaxın medal qazanıb, onlardan da 263-ü qızıl medaldır.
 
"Bu qələbələr sadəcə idman qələbəsi deyil. Bu qələbələr cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıdır, ölkəmizi təbliğ edir”, - deyən dövlət başçısı idmançılarımzın həyatda da gözəl nümunə göstərdiklərini diqqətə çatdırıb. Artıq regionlarda 44 olimpiya idman mərkəzinin fəaliyyət göstərdiyini, gələn il 3 belə mərkəzin inşa olunacağını deyən Prezident İlham Əliyev ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsinin artıq ənənəyə çevrildiyini, Azərbaycanın uğurlarının beynəlxalq idman təşkilatları tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayıb. Gələn il Bakıda Avropa Gənclər Olimpiya Festivalının, tarixdə ilk dəfə olaraq Bakıda futbol üzrə Avropa liqasının final görüşünün keçiriləcəyini deyən dövlət başçısı artıq idmanın cəmiyyətimizin ayrılmaz hissəsinə çevrildiyini bildirib./Report
 

OXŞAR XƏBƏRLƏR

Ceyranbatan su kanalında 1 nəfər BATDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazi...

Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...