\'Qiyamət Ambarı\' su sızdırmağa başladı - DÜNYA ŞOKDA! - FOTOLAR

\'Qiyamət Ambarı\' su sızdırmağa başladı - DÜNYA ŞOKDA! - FOTOLAR
 
Norveçin şimalındakı Svalbard adasında buzlaqların arasındakı bir dağın 130 metr dərinliyinə inşa edilən anbar, ola biləcək bir qlobal fəlakət Nuhun gəmisi kimi funksiyanı görəcək. Bu təsis son günlərdə su basması ilə yenidən gündəmdədir. .
Sfera.az bildirir ki, bütün dünyaya təsir edəcək bir təbii fəlakət olması halında bitki növlərinin qorunması üçün inşa edilmiş olan və 'insanlığın son ümidi' olaraq xatırlanan 'Qiyamət ambarının' girişinə, keçən sonbahardaki həddindən artıq istilər səbəbiylə əriyən buzlardan su sızdı.
Norveç və Şimal Qütbü arasında olan Svalbard buzlaqları üzərində 2008-ci ildə inşa edilmiş olan və içində 500 milyona yaxın bitkinin toxumunun saxlandığı zirzəmi üzərini örtən buzlaq təbəqəsi həddindən artıq istilər səbəbiylə əridi.
Ancaq toxumların sığınacağa göndərilməsindən məsul olan tədarükçü Statsbygg firmasının mətbuat katibi Hege Njaa Aschim'in söylədiyinə görə narahat olacaq bir vəziyyət yoxdur.
Toxumların sulardan zərər görmədiyini söyləyən Aschim bununla birlikdə işlərini şansa buraxmayacaqlarını və sızmalardan yarana biləcək ola biləcək zərərin  qarşısını almaq üçün tunelin girişində bir sıra tədbir alacaqlarını açıqladı.
 








OXŞAR XƏBƏRLƏR