Rusiyada adamyeyənlər ailəsi tutuldu - VİDEO

Rusiyada adamyeyənlər ailəsi tutuldu - VİDEO
 Rusiyanın Krasnodar diyarında adamyeyənlər ailəsi tutulub.

Sfera.az
 report-a istinadən xəbər verir ki, bu faktı Rusiyanın İstintaq Komitəsi təsdiqləyib.

Bir neçə gün əvvəl Krasnodarda aviasiya peşə məktəbinin ərazisində içərisində qadın orqanları olan sellofan torba və vedrə aşkarlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları 35 yaşlı yerli sakindən şübhələniblər.

Polis insan bədəninin doğranmış hissələrinin fotosu olan cib telefonunu onun üstündə aşkar etdikdən sonra şübhəlini tutub.

Rusiya İstintaq Komitəsinin əməkdaşları bir nəfərin qətli faktını təsdiqləyib. Hannibal ailəsinin bölgədə 1999-cu ildən fəaliyyət göstərdiyi ehtimal olunur.

Bir müdət əvvəl mətbuatda yazılmışdı ki, qatillər 7-30-dək qadın və kişini təkcə öldürməyib, onları doğrayıb, qurbanlarını yeyib, hətta konservləşdiriblər. 


OXŞAR XƏBƏRLƏR