Ordumuz döyüş atışlarına başladı

Ordumuz döyüş atışlarına başladı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub.

Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumaat görə, plana müvafiq olaraq bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcədə digər birləşmələr yeni silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Mürəkkəb dağlıq relyef və radioelektron, həmçinin təlimlərin niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində keçirilən təlimlərdə qoşunların müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirilib, qoşunların və idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib.

Müxtəlif poliqonlarda və müasir avadanlıqlarla təchiz edilmiş təlim sahələrində yeni silah sistemlərinin də istifadəsilə döyüş atışları icra olunub, bölmələrin və atəşin manevrləri yerinə yetirilib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov çexiyalı həmkarı ilə birgə mətbuat konfransında ÇIXIŞ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı Yan Lipavski (Jan Lipavsky) ilə birgə mətbuat konfransında çıxış edib.   Sfera.az x...

Çin Rusiyaya maşın və avadanlıq ixracını azaldır – SƏBƏB

2024-cü ilin martında Çin Rusiyaya maşın, avadanlıq (o cümlədən elektrik avadanlığı), mexanizmlər, onların hissələri və aksesuarlarının birbaşa tədarükünü ...

Dövlət başçısı: "İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik"

İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından biz həqiqətən istərdik ki, COP29 uğurla keçsin. Eyni zamanda, bu, bizim fikirlərimizi söyləmək üçün fürsət o...

İlham Əliyev: "Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var"

Biz Avrasiya İqtisadi Birliyin bəzi tədbirlərinə Prezident və Baş nazir səviyyəsində dəvət edilmişik.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbayca...

EBRD ilə COP29 üçün maliyyələşmə mexanizmlərinin tətbiqi MÜZAKİRƏ OLUNDU

Azərbaycan İqtisadiyyat Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə COP29 üçün çağırışlar və iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşmə mexa...

Dövlət Xidməti məktəblini təltif etdi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 67 saylı tam orta məktəbdə tədbir keçirilib...