Payız Azərbaycana nə vaxt gələcək?

Payız Azərbaycana nə vaxt gələcək?

Bu il payız fəsli Azərbaycana sentyabrın 23-ü yerli vaxtla saat 00:02-də qədəm qoyacaq.

AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Sfera.az-a bildirib ki, bu tarixdə yay fəsli başa çatacaq və ölkə ərazisinə payız fəsli daxil olacaq.

Onun sözlərinə görə, qış fəsli isə ölkəmizə dekabrın 21-i Bakı vaxtı ilə saat 20:28-də gələcək.

Sfera.az


OXŞAR XƏBƏRLƏR