Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 29-34° isti, Bakıda gecə 21-23°, gündüz 32-34° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 45-50 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, yaxın 3 gün ərzində Abşeron yarımadasında sabit hava şəraiti müsbət amil olsa da, bəzi saatlarda sakit hava fonunda rütubətin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 31-36° isti, dağlarda gecə 13-18°, gündüz 21-26° isti olacağı gözlənilir.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Ermənilərə həmişə türk kömək edib, sülh müqaviləsi bağlanacaq" - Deputat

“2023-cü il dövlət səviyyəsində Heydər Əliyev ili idi. Dünən Moskvada dövlət başçılarının görüşündə Baykal-Amur magistralında rolundan danışıldı, bu da He...

Sosial yardımlar nə vaxt veriləcək? - RƏSMİ AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. ...

Siyavuş Novruzov Əli Kərimlini debata ÇAĞIRDI: "Tiktokerlik etməkdənsə gəlsin..."

“Azərbaycanın atdığı hər addım beynəlxalq hüquq standartlarına uyğundur”.    Sfera.az xəbər verir ki, bunu Milli Məclisin ...

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini TƏMİN ETMƏDİ

Bakı Apellyasiya Məhkəməsi Əvəz Zeynallının şikayətini təmin etməyib.   Sfera.az xəbər verir ki, bu barədə “Report”a onun həyat yold...

Ziya Hacılıya yeni VƏZİFƏ VERİLDİ - FOTO

Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri vəzifəsinə yeni təyinat olub.   Sfera.az xəbər verir ki...

“Azərbaycan qalib, Fransa isə Ermənistanla birlikdə məğlub statusundadır” - Cavanşir Feyziyev

“Məncə, danışıqlar əsasən ikitərəfli formatda Azərbaycanla Ermənistan arasında birbaşa dialoq əsasında aparılacaq”   Sfera.az xəbər verir...