Ərdoğan İlham Əliyevə zəng etdi
20:20 / 03.09.2017
1115
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban Bayramı münasibəti ilə 16 İslam ölkəsi liderinə zəng edib.
Türkiyə mətbuatı xəbər verir ki, siyahıda Azərbaycan Prezidenti İlham Əliyev də yer alıb.
Ərdoğan əvvəlcə Azərbaycan prezidenti və xalqını Qurban bayramı münasibəti ilə təbrik edib.
Bundan sonra tərəflər həmçinin Myanma böhranı haqda müzakirələr aparıb və buna son qoyulması üçün islam ölkələri əməkdaşlığının zəruri olduğunu bildiriblər.
Sfera.az