İlham Əliyev 3 sərəncam imzaladı

İlham Əliyev 3 sərəncam imzaladı

16:06

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı şəhəri Binəqədi rayonunun Binəqədi, Abşeron rayonunun Mehdiabad və Novxanı qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

 

Sfera.az xəbər verir ki, sərəncama əsasən, "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 4,0 (dörd) milyon manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, döyüş əməliyyatları zamanı və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları və mülki işçiləri təltif ediliblər:

2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə

Sadiqov Rəşad Heydər oğlu – general-leytenant

"Vətən uğrunda” medalı ilə

Bağırov Anar Məmməd oğlu – polkovnik

Əliyev Rasim Akif oğlu – polkovnik

Mirzəyev Ceyhun Ulduzxan oğlu – polkovnik

Əzizov Samiq Yusif oğlu – polkovnik-leytenant

Babayev Rasim Mübariz oğlu – mayor

Əliyev Rəsul Rasim oğlu – mayor

Paşayev Elnur Rasim oğlu – mayor

Nəzərli Yaşar Fuad oğlu – kapitan

Tağıyev Əliəddin Məzəddin oğlu – kapitan

Bağırov Əli Şəmsəddin oğlu – baş leytenant

Ağayev Elgün Mahir oğlu – leytenant

"İgidliyə görə” medalı ilə

Məmmədov Səbuhi Valeh oğlu – mayor

Tağıyev Samir Nəsrəddin oğlu – mayor

Xəlilov İlqar İnşalla oğlu – baş leytenant

Məmmədov Vəli Mərdan oğlu – baş çavuş

"Hərbi xidmətlərə görə” medalı ilə

Əliyarlı Sahib Vəli oğlu – polkovnik-leytenant

İbrahimov Elnur Şamil oğlu – mayor

Tağıyev Abbas Oruc oğlu – mayor

Bədəlov Fərhad Hacı oğlu – mayor

Məmmədov Fehruz Abbas oğlu – kapitan

Rüstəmov Əli Mübariz oğlu – kapitan

Abbaszadə Abbas Zahir oğlu – baş leytenant

İsmayılov Samir Əlmusa oğlu – baş leytenant

Mehdiyeva Rəna Yunus qızı – baş leytenant

Həsənov Mərdalı Mircəlil oğlu – baş leytenant

Hüseynquliyev Şahin Yusif oğlu – baş leytenant

Səfərov Elvin Sərraf oğlu – baş leytenant

Zeynalov Orxan Rauf oğlu – ədliyyə baş leytenantı

Allahverdiyev İlyas Mətləb oğlu – leytenant

Qafarov Zahir Tahir oğlu – leytenant

Mirzəliyev Sənan Radil oğlu – leytenant

Ömərov Nemət Abdul oğlu – leytenant

Hüseynov Emil Rabil oğlu – baş gizir

Məmmədov Rəşad Hüseyn oğlu – baş gizir

Ağayev Elnur Əlimurad oğlu – baş çavuş

Eyvazov Faiq Fürsənt oğlu – baş çavuş

Əskərov Turqut Loğman oğlu – baş çavuş

Sadiqov Ramin Məhəmməd oğlu – baş çavuş

Sultanov Anar Vəlixan oğlu – baş çavuş

"Tərəqqi” medalı ilə

Bayramov Tahir Tofiq oğlu.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına və mülki işçilərinə Azərbaycan Respublikasının fəxri adları verilib:

"Əməkdar müəllim”

Qəhrəmanova Çimnaz Müslüm qızı

"Əməkdar həkim”

Yusif-zadə Kənan Rafael oğlu – tibb xidməti polkovnik-leytenantı

Fərəcova Sona Ədalət qızı – tibb xidməti polkovnik-leytenantı

"Əməkdar dövlət qulluqçusu”

Namazova Raisə Vəli qızı

"Əməkdar jurnalist”

Cahangirov Rövşən Qiyas oğlu – kapitan

"Əməkdar tibb işçisi”

Əlirzayeva Heyranə Tofiq qızı – baş gizir.

 

Sfera.az 


OXŞAR XƏBƏRLƏR

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....

Almaniya millisi baş məşqçi ilə MÜQAVİLƏNİ TƏZƏLƏDİ: "2027-ci ilədək..."

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann ilə müqavilənin müddəti uzadılıb.   Sfera.az bildirir ki, bu barədə Almaniya Futbol Assosiasiyasın...