İlham Əliyev mükafata layiq görüldü

İlham Əliyev mükafata layiq görüldü

Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın yalnız dövlət xadimlərinə, prezident və baş nazirlərə təqdim olunan ən önəmli mükafatına – "Beynəlxalq İsa bəy İshakoviç 2017" mükafatına layiq görülüb.

Bu barədə Bosniya KİV-ləri məlumat yayıb.

İsa bəy İshakoviç Beynəlxalq Mükafat Komitəsinin sədri, akademik Lyubomir Berberoviç məlumatı təsdiq edərək bildirib ki, qərar səs çoxluğu ilə qəbul edilib.

Məlumata görə, bu beynəlxalq mükafat Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya səfəri zamanı ona təqdim olunacaq. Qeyd edək ki, bu, Azərbaycan-Bosniya və Herseqovina ikitərəfli münasibətləri yarandığı andan Azərbaycan Prezidentinin bu ölkəyə ilk səfəridir.

KİV-in məlumatına görə, bu səfər ölkələr arasında möhkəm ikitərəfli əməkdaşlığı, hələ 1972-ci ildə qardaşlaşmış iki ölkə paytaxtı Bakı və Sarayevo arasında dostluğu sübut edir.

Bu mükafat görkəmli osmanlı dövlət xadimi, Bosniya və Herseqovinanın paytaxtı Sarayevonun əsasını qoyan İsa bəy İshakoviçin adını daşıyır.

Daha öncə bu mötəbər mükafata ayrı-ayrı illərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Bosniya və Herseqovinanın prezidenti Aliya İzetbeqoviç, Avstriyanın federal prezidenti Xaynts Fişer, Sloveniya prezidenti Borut Paxor, Sloveniyanın baş naziri İveta Radiçova, Makedoniya prezidenti George İvanov və Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç layiq görülüb.

"İsa bəy İshakoviç Beynəlxalq Mükafatı"nın heykəlləri Türkiyə, Sloveniya, Avstriya, Slovakiya, Xorvatiya və Makedoniyanın prezident saraylarını bəzəyir. Bu heykəllər Bosniya və Herseqovinanın ümumi dəyərləri paylaşdığı bu dost mədəniyyətlərə körpü hesab edilir. (trend)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan - Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib - Millət vəkili yazır…

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri bir çox ölkələrin, o cümlədən Ermənistanın mediasında geniş şərh olundu. Əslində ...

Prezidentdən Allahverən İsmayılov ilə bağlı SƏRƏNCAM

Allahverən İsmayılov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərə...

Bank BTB-də nə baş verir? Rəhbər işçilər bir-bir bankı tərk edir

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir.    Sfera.az xəbər verir ki, “Yeni Sabah”ın məlumatına görə, bu dəf...

Macarıstan XİN rəhbəri Azərbaycana GƏLƏCƏK

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün Azərbaycana gəlir.   Sfera.az xəbər verir ki, Peter Siyarto Bakıda bir sıra görüşlər...

Qısa müddətdə aliment təyin etdirmək olarmı? - Vəkildən AÇIQLAMA

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə qurmuş şəxslər arasında əgər münaqişə baş verirsə, onlar...

Bakıda məktəbdə yanğın oldu, 3 nəfər tüstüdən ZƏHƏRLƏNDİ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52 radələrində Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə ...