Tanınmış azərbaycanlı alim vəfat etdi

Tanınmış azərbaycanlı alim vəfat etdi

Moskvada tanınmış azərbaycanlı yazıçı, tarixçi və şərqşünas alim Əbdül Hüseynov vəfat edib.

Tanınmış yazıçı ömrünün 92-ci ilində dünyasını dəyişib.

Qeyd edək ki, Əbdül Ənbi oğlu Hüseynov 1925-ci il, oktyabrın 27-də Bakıda anadan olub. Əbdül Hüseynov yeddi monoqrafiyanın, 20-dən çox tarixi povest və romanın, 7 bədii film ssenarisinin, sosial-iqtisadi problemlərə və mədəniyyətə dair 500-dək məqalənin, kinofilmlərə yazılmış çoxsaylı resenziyaların müəllifidir. "Səlahəddin”, "Mustafa xanın xəzinəsi”, "Əkinçi taxtda”, Ə.Xaqaninin həyatına həsr olunmuş "Şirvanlı zəvvar”, "Abşerondan Ontarioyadək”, "Arzamaslı qız”, "Biz əslən Bakıdanıq” və oxucuların maraqla qarşıladıqları bir sıra digər tarixi romanlar və povestlər onun qələminə məxsusdur. Onun əsərləri ingilis, alman, fransız, ispan və ərəb dillərinə tərcümə edilərək, Azərbaycanda, İranda, Türkiyədə, Kanadada, Bolqarıstanda, Monqolustanda və Rusiyada çap olunmuşdur. O, "Yılmaz Günel”, "Mövsün Ərtoğrul”, "Türk kinosu” və sair monoqrafiyaların müəllifidir.

Ə.Hüseynovun təkcə yaradıcılığı deyil, həyatı da Azərbaycanla bağlıdır. Moskvada və Bakıda çapdan çıxmış "XX əsrin 100 nəfər tanınmış azərbaycanlısı” kitabı buna əyani sübutdur. Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Ə. Hüseynov həm də Ümumrusiya Azərbaycan Konqresi və Azərros Federal Milli Mədəni Muxtariyyətinin Mərkəzi Şuralarının üzvü də olub. (APA)

Sfera.az



OXŞAR XƏBƏRLƏR

ABB-nin ATM-lərində YENİLİK!

Ölkəmizin ən böyük xidmət şəbəkəsinə malik banklarından olan ABB öz ATM-lərində yeni proqram təminatının tətbiqinə başlayıb. Bu yenilik ATM-lər vasitəsilə bank ...

"Ermənilərə həmişə türk kömək edib, sülh müqaviləsi bağlanacaq" - Deputat

“2023-cü il dövlət səviyyəsində Heydər Əliyev ili idi. Dünən Moskvada dövlət başçılarının görüşündə Baykal-Amur magistralında rolundan danışıldı, bu da He...

Sosial yardımlar nə vaxt veriləcək? - RƏSMİ AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. ...

Siyavuş Novruzov Əli Kərimlini debata ÇAĞIRDI: "Tiktokerlik etməkdənsə, gəlsin..."

“Azərbaycanın atdığı hər addım beynəlxalq hüquq standartlarına uyğundur”.    Sfera.az xəbər verir ki, bunu Milli Məclisin ...

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini TƏMİN ETMƏDİ

Bakı Apellyasiya Məhkəməsi Əvəz Zeynallının şikayətini təmin etməyib.   Sfera.az xəbər verir ki, bu barədə “Report”a onun həyat yold...

Ziya Hacılıya yeni VƏZİFƏ VERİLDİ - FOTO

Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri vəzifəsinə yeni təyinat olub.   Sfera.az xəbər verir ki...