Günün qoroskopu: ağac nə qədər yüksək olursa-olsun, yarpaqları yerə düşür...

Günün qoroskopu: ağac nə qədər yüksək olursa-olsun, yarpaqları yerə düşür...

Qoç - siz eksperiment və risklərə hazırsınız, uğurunuza qətiyyən şübhəniz yoxdur. Bu, düzgün yanaşmadır. Ulduzlar da bütün məsələlərdə sizə dəstək vəd edirlər.

Buğa -  qanqaraldıcı bircə şey var: yaxınınızla heç cür dil tapa bilmirsiniz. Üstəlik, fikir ayrılıqları daha ciddi xarakter alır. Hadisələrin inkişafını sürətləndirməyin. Həm sizə, həm də tərəf müqabinizə baş verənləri sakitcə düşünmək lazımdır.

Əkizlər - bu gün, ətrafınızda əhəmiyyətli dəyişikliklərlə əlamətdar olacaq. Sizdən öz maraqları üçün istifadə etməyə çalışan, hisslərinizlə oynayan adamlarla əlaqələr kəsilir.

Xərçəng -  bu, xoşagəlməz, hətta, ağrılı prosesdir. Lakin getdikcə yüngüllük hiss edəcək və bu günü həyatınızın daha xoş və maraqlı mərhələsinin başlanğıcı kimi xatırlayacaqsınız.

Şir - bu gün yeni tanışlıqlar üçün əlverişlidir. Ona görə də sizi nəzəri cəhətdən yeni tanışlıqlar gözləyən yerlər və tədbirlərə getməkdən imtina etməyin.

Qız - yorucu və çətin gündür. Emosional fon olduqca qeyri-sabitdir. Siz öz əhvalınızla bacara və hisslərinizi gizlədə bilmirsiniz. Nəticədə, ətrafdakılarla münaqişə ehtimalı həndəsi artımla böyüyür. Ən pisi isə odur ki, heç kimin sizə rəhmi gəlmir və ya halınıza yanan yoxdur. Beləliklə, istənilən mübahisə qalmaqala qədər böyüyə bilər.

Tərəzi - uğursuz gündür. Həyata keçirilməsi mümkün olan planları heç cür qura bilmirsiniz. Ağlınıza gələn ideyaların həyata keçirilməsi isə o qədər çətindir ki, fikirlərinizi reallaşdırmaq üçün heç bir cəhd etmədən təslim olmağa hazırsınız. Üstəlik, faydalı və xoş şeylər arasında seçim etməli olacaqsınız.

 
 

Əqrəb - əgər söhbət yeni tanışıza qarşı oyanan maraq nəticəsində yaranan ani emosiyalardan gedirsə, heç nə etməyin, gözləyin. Düşünülməmiş addım bir sıra əyləncəli macəralara səbəb ola bilər. Lakin bu macəraların nəticəsi istədiniyiz kimi olmayacaq.

Oxatan - hadisələrin inkişafının sizdən asılı olduğunu başa düşür və baş verənlərə təsir imkanlarınıza səmimiyyətlə sevinirsiniz. Lakin hansısa qəti addımı atmazdan əvvəl sizi kimin hərəkətə gətirdiyini özünüzə etiraf edin.

Oğlaq - qarşıya qoyduğunuz məqsədə çatmağa çalışın. Bədxahlar fəallaşacaqlar. Romantik münasibətlərdə də problemlər mümkündür. Sevdiyiniz insanın sizi məyus edəcəyi istisna deyil.

Dolça - çətin emosional fonu olan əlverişsiz gündür. Başqasının təsiri altına tez düşürsünüz və özləri çarə tapa bilməyən adamlar sizin həyatınıza müdaxilə edirlər. Bəzən hər hansı gözə görünməyən səbəblər üzündən əhvalınız korlanır, əsəbi və səbrsiz olursunuz.

Balıqlar - problem artır, gərginlik yüksəlir. Ovqatınız da yaxşı deyil. Xroniki xəstəliklərin kəskinləşməsi mümkündür. Qida zəhərlənməsi və allergik reaksiyalar istisna olunmur.(milli.az)


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...