“Dostunu “Nar”-a gətir”, pul qazan!

“Dostunu “Nar”-a gətir”, pul qazan!

10 illik yubileyini qeyd etməyə hazırlaşan "Nar” öz istifadəçiləri üçün xüsusi təklif hazırlayıb. Belə ki, öz dostları və ya yaxınlarını "Nar” ailəsinə gətirmiş hər bir istifadəçi operatordan balans üçün "mobil pul” qazanır. Başqa sözlə, "Dostunu "Nar”-a gətir” kampaniyasından faydalanmaq üçün öz dost və yaxınlarına "Nar” ailəsinə qoşulmağı tövsiyə etmiş hər bir kəsin balansına 5 ay müddətində hər dəfə dostunun öz balansını artırdığı məbləğdə pul gəlir.  


Kampaniyada iştirak etmək üçün yeni abunəçi "Nar”-ı ona tövsiyə etmiş şəxsin nömrəsini SMS vasitəsilə 7774 qısa nömrəsinə göndərməlidir. İştirakçıların nömrələri iki iş günü ərzində kampaniyaya qoşulur. Yeni abunəçi 5 ay ərzində hər dəfə öz balansını artırdıqda, "Nar”-ı ona tövsiyə etmiş dostu da öz nömrəsinin balansı üçün eyni məbləğdə pul qazanır. Bu məbləğ şəbəkədaxili zənglər və SMS-lər üçün istifadə edilə bilər. Bir nəfərin tövsiyəsi ilə nə qədər çox dostu "Nar” ailəsinə gəlsə, hər dəfə dostlarının öz balanslarını artırması ilə tövsiyəçi də o qədər çox pul qazanır. Dostunu "Nar”-a gətirərkən, hər iki nömrənin balansına bonuslar gəlir. Yeni abunəçi kampaniyaya qoşulduqdan sonra hesabını ilk dəfə artırdıqda, balansına həmin məbləğdə bonus qazanır. Bu bonus 150 gün müddətində istifadə edilə bilər.


"Dostunu "Nar”-a gətir” kampaniyasında 90 gündən az olmayaraq şəbəkədə aktiv olmuş cari abunəçilər iştirak edə bilərlər. Nömrəni aldıqdan sonra yeni "Nar” abunəçisinin tövsiyəçi dostunun nömrəsini 5 gün ərzində SMS vasitəsilə 7774-ə göndərmək imkanı var. "Dostunu "Nar”-a gətir” kampaniyasının iştirakçısı olan yeni abunəçi də öz dostlarını və tanışlarını şəbəkəyə dəvət edə və balansına pullar qazana bilər.


Qeyd edək ki, əldə olunan məbləğ yalnız rabitə xidmətləri üçün təqdim edilir, pul ekvivalenti şəklində verilmir və ya məhsul/xidmətlə dəyişdirilmir. Həmin məbləğ mobil köçürmələr, internet paketlərinin sifarişi, qısa nömrələrə zənglər və ya kontent provayderlərin ödənişli xidmətləri üçün istifadə edilə bilməz. Bir nəfərin "Nar” ailəsinə gətirdiyi dostlarından maksimum 5 yeni abunəçi onun nömrəsini 7774-ə göndərə bilər.

Ətraflı məlumat üçün www.nar.az saytına daxil olmaq və ya 777 qısa nömrəsinə zəng etmək, eləcə də sosial şəbəkələrdə 24 saat fəaliyyət göstərən "Nar” dəstək xidmətindən istifadə etmək lazımdır.

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...