Toydan 9 il sonra tapdıqları açılmamış məktub həyatlarını dəyişdi

Toydan 9 il sonra tapdıqları açılmamış məktub həyatlarını dəyişdi

Bu cütlük toydan  9 il sonra açılmamış hədiyyə tapıb.

 

Sfera.az Keti və Brendonun toyundan 9 il sonra tapdığı açılmamış hədiyyə haqqında rəvayəti təqdim edir.

 

Cütlüyün başına gələn bu hadisə o qədər qəribə və reallıqdan o qədər uzaqdır ki, ona inanmaqda çətinlik çəkirsən. Burada söhbət cütlüyün sonrakı həyatını, sevgiyə və ailəyə baxışlarını tamamilə dəyişəcək hədiyyədən gedir:

 

"Axşam biz Brendonla şərab içərək dəvət edildiyimiz toyu müzakirə edir və səbəbkarlara nə hədiyyə  etmək barədə düşünürdük. Onda toy günü bizə verilən hədiyyələri və ən çox xoşumuza gələnləri xatırlamağa başladıq. Və elə onda başa düşdük ki, bu hədiyyəni biz indiyədək açmamışıq. Çox qəribə olsa da, bu, həqiqətdir. Bu, Elisonun xalası tərəfindən yazılmış  və bizə ilk mübahisəyə qədər açmağı qadağan etmiş ağ konvert idi. Əlbəttə, biz bu illər ərzində dəfələrlə mübahisə etmiş, hətta boşanma haqqında düşünmüşdük. Amma zərf barədə tamamilə unutmuşduq. Çünki hər birimiz instinktiv olaraq məktubun bizi məğlub edəcəyini düşünür və onu açmaqdan qorxurduq.  Məktubu açmağı isə hər dəfə təxirə salırdıq. Beləcə biz birlikdə yaşamağa davam edir və münasibətlərimizin davamlığını yoxlayırdıq.

 

O gün şüuraltı olaraq məktubda bizim nikahın xilasına dair hansısa sehrli açarın olduğunu düşünməyə başladıq. Çünki Elison xala öz əriylə təxminən yarım əsr xoşbəxt ömür sürüb.

 

Məktubun içində biz hər birimiz üçün pul və hər ikimizin adına yazılmış məktub var idi.  "Keti, ya pitsa, ya krevet, ya da sevdiyiniz hər hansı yeməyi al və vanna hazırla. Məhəbbətlə, Elison xala”.

 

"Brendon bir şüşə şərab və gül al. Məhəbbətlə, xala Elison".

 

Düşünürdük ki, bu məktub bizim ailəmizi qoruyub saxlayacaq və müəyyən mənada elə də oldu. Elison xalaya mənə belə dəyərli hədiyyə verdiyi üçün minnətdaram. O, şkafda düz doqquz il qaldı. Amma əbəs yerə olmadı. Bütün bu müddət ərzində biz səbirli və dözümlü olmağı, bir komanda və dost olmağı öyrəndik. Ən əsası isə başa düşdük ki, məhəbbəti qoruyub saxlaya biləcək heç bir alət yoxdur. İdeal nikahın açarı zərfin içində deyil, özümüzdədir"


OXŞAR XƏBƏRLƏR

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...