Şahin Zəkizadənin xanımından ürək ağrıdan paylaşım (VİDEO)

Şahin Zəkizadənin xanımından ürək ağrıdan paylaşım (VİDEO)
Dünən, qan xərcəngindən həyatını itirən rejissor Şahin Zəkizadənin həyat yoldaşı onunla bağlı daha bir video paylaşıb. 
 
Sfera.az xəbərinə görə, sosial şəbəkələrdə bütün yaxınları və sevənlərinin onu göz yaşları içində yad edir, vaxtsız ölümündən təəssüfləndiklərini paylaşırlar. Rejissorun həyat yoldaşı Səbinə Zəkizadə öz instaqram səhifəsində rejissorun 2014-cü ildə çəkildiyi videonu paylaşıb. Videoda Şahin Zəkizadənin "Sənsiz bən nəfəs alamam” mahnısını ifa edir. Səbinə xanımın paylaşımını olduğu kimi sizə təqdim edirik: 

"Tək sənsiz qoydun bu gün məni getdin. Heç istəmirdin can yoldaşım, ömür yoldaşım. Qar elə yolları bağlamışdı ki. Bu video ürəyimi param-parça etdi. 2014-cü ildə yeni ailə qurmuşduq. Of ay Şahin tək oturmuşam sənsiz", - deyə mərhum rejissorun həyat yoldaşı qeyd edib. (baku.ws)
 
 
 

OXŞAR XƏBƏRLƏR