Sürücülərə XƏBƏRDARLIQ

Sürücülərə XƏBƏRDARLIQ

Qeyri-sabit hava şəraitinin davam etməsi ilə əlaqədar Dövlət Yol Polisi (DYP) sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında bildirib ki, son 3 gündə aparılan müşahidələr göstərir ki, asfalt örtüyünün buz bağladığı vaxtlarda yolun hərəkət hissəsində qalmaqla başqa hərəkət iştirakçılarının, xüsusilə təcili tibbi yardım, qəza-xilasetmə və digər operativ nəqliyyat vasitələrinin də çağırış yerinə getməsinə mane olan avtomobillərin əksəriyyəti texniki cəhətdən nasaz olan, qış mövsümünə uyğun olmayan və protektorları yeyilmiş şinlərlə təchiz edilmiş nəqliyyat vasitələridir.

K.Əliyev qeyd edib ki, qeyri-sabit hava şəraitinin davam etməsi ilə əlaqədar yollarda meydana gələ biləcək yol qəzalarının və əvvəldə qeyd olunan halların qarşısının alınması məqsədilə, Baş DYP İdarəsi sürücülərin bir daha diqqətinə çatdırır ki, şaxtalı, qarlı hava şəraitində qış mövsümünə uyğun şinlərlə təchiz edilməmiş, eləcə də istismar müddəti çox olan, "ABS" tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən istifadə olunmamalı, nəqliyyat vasitələrinin hərəkət sürəti hava şəraitinə uyğun seçilməli, zərurət olmadan ötmə əməliyyatları aparılmamalı, qəfil manevrlər və kəskin tormazlama hərəkətləri edilməməlidir. Əks təqdirdə idarə olunan nəqliyyat vasitəsi yol hərəkətində iştirakdan kənarlaşdırılmaqla sürücü inzibati məsuliyyətə cəlb ediləcək.


OXŞAR XƏBƏRLƏR

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...