Ermənistanda aprel döyüşlərinə görə seçkilər təxirə salınır

Ermənistanda aprel döyüşlərinə görə seçkilər təxirə salınır

Ermənistanda aprelin 2-nə təyin edilmiş parlament seçkilərinin təxirə salınması məsələsinə baxıla bilər.

Sfera.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə hakim Respublika partiyasının fraksiya rəhbəri Eduard Şarmazanov jurnalistlərə bildirib.

Ermənistanda seçkilər konstitusiyada müəyyən edilmiş normalara görə, aprelin 2-nə təyin edilib. Lakin həmin gün Ermənistan üçün qara gündür - Azərbaycan ordusu məhz aprelin 2-də təmas xəttinin iki istiqamətindən əks-hücuma keçərək erməni ordusunun uzun illərdir möhkəmləndirilmiş müdafiə xəttini darmadağın edib, onu ciddi itkilərə məruz qoyub və müəyyən əraziləri işğaldan qurtarıb. Bu səbəbdən Ermənistanda bəzi siyasi qüvvələr seçkilərin aprelin 2-nə təyin edilməsindən narazılıq ifadə edirlər.

Şarmazanov hakim partiyanın Ali Şurasının iclasından sonra bildirib ki, əgər bütün siyasi qüvvələr istəsə, seçkilərin təxirə salınması mümkündür. "Əgər istisnasız olaraq bütün siyasi oyunçular razılıq əldə etsələr ki, aprelin 2-nə təsadüf edən seçkilər iki gün, dörd gün və ya beş gün təxirə salınsın, o zaman Respublika partiyası bunda hansısa siyasi maneə görmür. Biz bu məsələni bütün siyasi qüvvələrlə müzakirə etməyə hazırıq", - o bildirib.

Xatırladaq ki, aprel döyüşlərinin nəticəsi olaraq Ermənistan Müdafiə Nazirliyinin bir neçə generalı işdən çıxarılıb, həbs olunub. Nəhayət müdafiə naziri Seyran Ohanyan istefaya göndərilib.


OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...