Zərdabda gərginlik: işbazlar unun qiymətini qaldırıb, başçı tükünü də tərpətmir - Təcili

Zərdabda gərginlik: işbazlar unun qiymətini qaldırıb, başçı tükünü də tərpətmir - Təcili
Zərdabdan həyəcan dolu xəbərlər gəlməkdədir

Politika.Az-a rayon sakinlərinin verdiyi məlumata görə, bu ərazidə süni qiymət artımı getməkdədir. 

Əhali bir həftə bundan əvvəl unun bir kisəsi üçün müəyyən edilən qiymətin süni şəkildə yerli işbazlar tərəfindən artırılmasından şikayətlənirlər. 

Bir həftə öncə 50 kiloqramlıq bir kisə unu 25 manata alırdılarsa, hazırda unun mağazalardakı satış qiyməti 26 manat təşkil edir.

Mağaza sahibləri isə unun qiymətinin onlar tərəfindən deyil, istehsalçı tərəfindən qaldırıldığını, məhsulu aldıqları topdan qiymətdə artım olduğunu deyirlər.

Unun qiymətinin qaldırılması ilə bağlı aidiyyatı qurumlar tərəfindən rəsmi olaraq heç bir açıqlama verilmədiyini nəzərə alsaq, bu zaman qiymət artımının yerli sahibkarlar tərəfindən süni şəkildə aparıldığı məlum olar.

Zərdab rayon sakinləri müvafiq dövlət qurumlarının məsələyə müdaxilə etməsini, yaradılmış bu süni qiymət artımının aradan qaldırılmasını istəyir.

Politika.Az-a rayon sakinlərinin verdiyi məlumata görə, paralel olaraq işsizlik artır, maaşlar gecikir, rayon rəhbəri Lütfəli Babayev iş yerlərinin açılması üçün hər hansı iş görmür, dövlət büdcəsi vəsaitləri mənimsənilir. 

Bölgələrdə məmur özbaşınalığı, korrupsiya faktları günü-gündən artır. Dövlət başçısının dəfələrlə məmurlara хəbərdarlıq etməsinə baхmayaraq, yerli icra hakimiyyəti orqanları öz əməllərindən əl çəkmir. 

Problemlər məngənəsində boğulan rayonlardan biri də Zərdabdır. Lütvəli Babayev icra başçısı olduğu müddətdə yenidəqurma işləri aparılsa da, rayonda sosial-iqtisadi problemlərin sayı azalmayıb. Əksinə daha da artıb. İcra başçısı isə bunun qarşısını almaq məqsədi ilə heç bir addım atmır.

Bu günə qədər yolların təmiri üçün dövlət və İcra Hakimiyyətinin büdəcəsindən kifayət qədər pul ayrılıb. Lakin ayrılan vəsaitilər yolların keyfiyyətli təmirində özünü göstərməyib. 

Təyinatı üzrə хərclənən cüzi məbləğ hesabına isə bəzi yollarda kosmetik işlər görülüb. Üzdə görünən yollar abadlaşdırılsa da ara küçələrdə asfalt örtükləri yoxdur.


OXŞAR XƏBƏRLƏR

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...

Qurbanov "Qarabağ"ın finala yüksəlməsindən danışdı

Finala vəsiqə qazanmaq xoş hissdir. Azərbaycan Kuboku əlavə stimuldur. Futbolçulardan isə razı qaldım.   Sfera.az xəbər verir ki, bu sözləri &qu...

Tayvanda yenidən zəlzələ oldu

Tayvan sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb....

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Aprelin 23-24-də Cenevrə şəhərində BMT-nin İşgəncə əleyhinə Komitəsinin 79-cu sessiyası çərçivəsində “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti...