Dollar sabit qaldı
17:00 / 10.01.2017
1104
Xəbər verildiyi kimi, bu gün gözlənilən valyuta hərracı bir qədər gec baş tutub.
Bu dəqiqələrdə başa çatan hərracda dolların məzənnəsi dəyişməyib.
Valyuta hərracının nəticəsində ABŞ valyutasının satış qiyməti 1.7742 manat olaraq qalıb.
Bununla yanaşı hərraca çıxarılan vəsaitin həcmi artırılıb. Mərkəzi Bankın banklara satdığı valyutanın həcminin artırılması dolların ucuzlaşmasına səbəb ola bilər. Bu zaman bankların dollar satışını bərpa edəcəyi gözlənilir.