Dollar sabit qaldı, avro isə ucuzlaşdı

Dollar sabit qaldı, avro isə ucuzlaşdı

 

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın yanvarın 5-ə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 30-u müqayisədə dəyişməyərək 1,7707 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,8644 manatdan 1,8638 manatadək azalıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi dəyişməyərək 0,0293 manat olub.

Türkiyə lirəsinin məzənnəsi 0,5023 manatdan 0,4967 manatadək azalıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1745 manatdan 2,1841 manatadək bahalaşıb.

Gürcüstan larisinin məzənnəsi isə 0,6663 manatdan 0,6564 manatadək ucuzlaşıb.


OXŞAR XƏBƏRLƏR