2017-də bu bürcləri fəlakət gözləyir - Tanınmış astroloqdan şok proqnoz

2017-də bu bürcləri fəlakət gözləyir - Tanınmış astroloqdan şok proqnoz

2016-cı il bir neçə gün sonra geridə qalacaq. Bəs önümüzdəki 2017-ci il bizim üçün nə vəd edir? Həyatımızda hansı dəyişikliklər olacaq?

Bütün bu suallara cavabı tanınmış astroloq, ekstrasens Lamiyyə İsmayılova cavab verir. Parapisxoloq 2017-ci ilin 28 yanvarından etibarən Qırmızı Xoruz ilinin öz hakimiyyətini ələ alacağını açıqlayıb. Həmin proqnozu təqdim edirik:

"Bu ilə Mars planeti üstün təsir göstərəcək. İlin rəngi isə qırmızı rəng olacaq. Qırmızı Xoruz, Meymun ilindən fərqli olaraq düzgünlüyü sevir, insan haqqında nə düşünürsə hər zaman hər şeyi açıq düz üzə deyir. İşgüzarlığı, əmr verməyi xoşlayır. Bu səbəbdən bu ilin simvolu işgüzarlıqdır.

2017 ci ildə çoxlu, inadla çalışmağa hazır olun. İş və ailə həyatı arasında balans saxlamağa çalışın. Karyerada yüksəliş, münasibətlərdə ittifaqı möhkəmləndirmək üçün yaxşı fürsət, sağlamlıqla bağlı isə zərərli vərdişlərdən uzaqlaşmağın tam zamanıdır. Kimisi üçün bu il uğur və irəliləyiş, kimisi üçün isə çoxlu işləmək və tutduqları mövqelərlə kifayətlənmək qalacaq.

Odur ki, bu il özünü ələ almaq və konfliktlər yaratmamaq lazımdır. Onda xoşagəlməzliklər sizdən uzaq olacaq.

Qoç:-Gələcək üçün planlaşdırdığınız məqsədlərə özünüzü kökləyin. Söz-söhbətlərə və münaqişələrə məhəl qoymayın. Sizə paxıllıq edən dostlardan qaçın. Uğura gedən yolda onların maneəsi az olmayacaq. Öz arzularınızın iziylə gedin, gözlənilməz imkanlarla qarşılaşacaqsınız. 2017-ci il sağlamlıqla bağlı ciddi problemlər yaranacaq. Daha ağır fəsadlarla üzləşməmək üçün həkim nəzarəti altında olmalısınız.

Buğa:-Vəziyyəti öz rəyiniz əsasında dəyişə bilərsiz. Qarşıda sizi radikal dəyişikliklər gözləyir. Bunlar sizin xeyrinizə olacaq. Əgər məsələyə düzgün köklənsəniz sizi uğurlar gözləyir. Parlaq yeni ideyalarla qarşılaşacaqsınız. Hər hansı bir dəyişikliyi etmək üçün tam zamanıdır. Sağlamlığınızda yaranacaq problemləri tez həll etmək üçün müasir müalicə metodu və yeni texnologiyadan istifadə etməyiniz məsləhətdir.

Əkizlər:-Özünüz üçün nəzərdə tutduğunuz bir şey başqası tərəfindən bəyənilə bilər. Əleyhdarınızın kim olduğunu müəyyən etmək üçün cəhd etsəz siz nə isə itirə bilərsiz. Lakin bu itki doldurulacaq və bu məqsədinizin çox yaxın olduğuna bir işarə olacaq. 2017-ci ilin liderliyi sizin əlinizdə olacaq. Uğur və nüfüz maddi yöndən isə güc sahibi olacaqsız. İdarə və kontrolu əlinizdə tutacaqsız. Uzun zamandı gözlədiyiniz iş həyata reallaşacaq, hədəfə çatıb qalibiyyət qazanacaqsınız. Sevgi məsələsinə gəldikdə isə, əgər hər hansı bir münasibət yaşayırsınızsa sonu uğurla nəticələnəcək. Lakin münasibətdə etdiyiniz çılğınlıqlar qısqanclığa səbəb ola bilər ki bu da münasibətlərə mənfi təsir edə bilər. Zehni və emosional fikirlərinizi müvazinətdə saxlasanız yaxşı olar. Sağlamığa gəldikdə isə tromb və tıxanmalar ola bilər.

Xərçəng:- Xoşagəlməyən hadisələr və bədxah insanlarla qarşılaşa bilərsiz. Çətinliklərə hazır olun ki onların öhdəsindən gəlmək sizə asan gəlsin.Bir neçə zamanlıq ətrafla ünsiyyəti məhdudlaşdırın . Yaxın olan adamların ətrafında olun.Sakitliyinizi qoruyun və özünüzə əminliyi saxlayın. Ağılsız addımlardan çəkinin belə etsəz vəziyyəti xeyrinizə dəyişə bilərsiniz.Maddi durumunuz yaxşı olacaq amma 2017-ci il iş həyatından çox ailə həyatı aktuallıq təşkil edəcək. Ailə və sevgi həyatında anlaşma olacaq. Bir sözlə zamanınız əyləncəli keçəcək. Sağlamıqla bağlı daha çox böyrək, sidik kisəsi, ginikolji problemlərlə qarşılaşa bilərsiz.

Şir:-Yeni mərhələnin astanasındasınız, amma uğur tez bir zamanda gəlməyəcək. Sizi narahat edən məsələlər yaxında aydınlığa çıxacaq. Arzularınızı həyata keçirə bilərsiz, amma buna görə nədənsə imtina etməli olacaqsız. İşdə qabağa getmək üçün içinizdəki sizi narahat edən və saxlayan qorxulardan azad olmalısız. Gizli və xəlvət iş görməkdən uzaq olun. İş məsələlərində xəta ehtimalı çoxdu. Bu il iş həyatında qatma-qarışıqlıqlar, qeyri-müəyyənlik, bulanıqlıq və qaranlıqlar çox olacaq. Sevgi və ailə münasibətlərində ağlınızı bulandıran məsələlər var. Ondan qurtulun və baş verən hadisəyə yumor hissiylə yanaşın. Obyektiv qərar verin. Sağlamlığa gəldikdə isə, əgər mövcud olan xəstəlik varsa ciddi ağırlaşma ilə özünü göstərəcək. 2017-ci il Şir bürcünün nümayəndələrinə düşərsiz olma səbəbi keçmiş səhvlərinin yuyulması və ödənməsi ilə də əlaqələndirmək olar ki, bu da məhz üzümüzə gələn ilə təsadüf edir.

Qız:-Nəzərinizdə tutduğunuz plan üzərində möhkəm dayanın. Özünüzə qapanmaqdan uzaq olun. Məqsədinizə çatacaqsız əsas odur ki, dözüm göstərin. Bu il sizə uğur gətirəcək, yeni ideyalarla qarşılaşacaqsınız. Problemlər qorxular, qarışıqlıqlar yox olacaq. Yenidən doğulmuş kimi olacaqsız və bu yenilik sizə rahatlıq gətirəcək. Şansınız açıq olacaq. Qarşıda sizi gözləyən sınaqlarda ruhunuzun möhkəmlənməsi üçün yaxşı olar ki bir müddət sevgi məsələlərindən uzaqlaşıb sakitliyinizi saxlıyasınız. Sevgi məsələlərində də dəyişikliklər olacaq və çətinliklər geridə qalacaq. Sağlamlığa gəldikdə isə ürək fəaliyyətinin pozulması və qan damar sistemiylə bağlı problemlər yaşaya bilərsiniz.

Tərəzi:-Hərəkətləriniz sizi istədiyiniz nəticəyə çatdırmayacaq, gözləməli olacaqsınız. Sizin probleminiz əsasən daxili aləminizlə bağlıdı. Siz illuziyalarla əhatə olunmusuz və özünüzü aldatmağa meyillisiz. Öz dərininizə gedin məqsəd və dəyərinizi yenidən düşünün. İş həyatından çox sevgi məsələlərini ön plana çəkərək karyera məsələlərini ləngidə bilərsiniz. İş yerinizi dəyişə və yeni iş sahəsinə keçə bilərsiniz. Qərarsızlığınız itkilərə yol aça bilər. Artıq qərar zamanıdır. Sağlamlığa gəldikdə isə qadınlarda aşağı ətrafda problemlər, kişilərdə isə hormonal balansın pozulmasıyla özünü göstərə bilər.

Əqrəb:-Hərəkətlərinizin uğurla nəticələnmə zamanı yaxındadır. Bir neçə sevindirici hadisələr artıq uğurun astanasında olduğunuza işarə edəcək.Siz özünüzlə fəxr edəcəksiz və sizin bu uğurunuz tərifə layiq olacaq. Qarşınıza qoyduğunuz məqsədə düşündüyünüzdən tez çatacaqsız. Madiyyatda uğur və bolluq sizi gözləyir. Sizi əhatə edən adamlara vaxt ayırın, onların da problemlərinə anlayışla yanaşın. Əsasən 2017-ci ildə tarazlığın və məntiqin keçərli olduğu bir sevgi yaşayacaqsınız . Artıq sevgi münasibəti yaşayırsınızsa onda problemləri həll etmək üçün ədalətli davranmalı və mühüm qərar qəbul etməlisiniz. 2017-ci il sizdən fikrin aydınlığın tələb edir. Ona görə də nəyi düzgün hesab edirsizsə onu da edin. Özünüz-özünüzə dürüst olun. Sağlamlıq baxımından il stabil keçəcək. Ciddi problemlər görsənmir.

Oxatan:-Yorğunluq hiss etdikdə özünüzə fasilə verin. Sizə elə gələ bilər ki, nəsə sizi geri çəkir.Bu o deməkdir ki siz hələ nəyisə öyrənməmisiz. Səhvlərinizi, nöqsanlarınızı düzəldin onda çətin vəziyyət sizdən uzaqlaşacaq. Başqalarının sizi idarə etməsinə imkan verməyin, bu mərhələdə ən yaxşı idarəçi özünüzsünüz. İş həyatında tamamilə dəyişikliklər olacaq.Sizin həyatınızdan nə isə çıxıb gedəcək. Keçmişinizlə vidalaşmağa hazır olun. Onu saxlamağa və yenidən qaytarmağa çalışmayın. Onu özünüzdən uzaqlaşdırın o zaman siz yüngüllük hiss edəcəksiniz. Gələcəyi olmayan addımlar atmayın.2017 ci il bir işi tamamlamaq,keçmişin təsirindən qurtulmaq və yeni başlanğıclar üçün imkan yaradır. Sevgi məsələsinə gəldikdə aşiq olma,sevgi və romantik görüşlər gözlənilir. Artıq yaşanan sevgi münasibəti varsa evlilik təklifi ola bilər.Ümumiyyətlə 2017 ci il sevgi və ailə həyatında uğurlar gözlənilir.Sağlamlıqla bağlı ciddi problemlər gözlənilmir.

Oğlaq:-Ayıq olun vəziyyətə nəzarəti itirməyin konkret planlar qurun və mücərrəd xəyallardan qaçın. Onda istəyinizə çata bilərsiz.Əgər ağlınıza yeni ideya gəldisə onu dərhal həyata keçirin əks halda imkanlarınızı əlinizdən qaçıra bilərsiz.Sizə gələcək işarələrə fikir verin,onalar sizə vəziyyəti ağılla qiymətləndirməyə kömək edəcək.Riskləri gözə alaraq mübarizəyə atılmaq lazımdır.Öncəliklə itkiləriniz ola bilər,ancaq itirdiklərinizi daha sonra geri ala bilərsiniz.Gözlənilməz vəziyyətlə qarşılaşa pul itkisi,krizis yaşaya bilərsiniz.İlin sonuna yaxın vəziyyətiniz stabilləşə bilər . Sevgidə bu il tənhalıq,durğunluq olacaq.Müvəqqəti sevgi məsələlərində fasilə olacaq.Sağlamlığınızla gəldikdə isə qan damar sistemiylə bağlı problemlər gözlənilir.

Dolça:-Uğur siz tərəfdə olacaq.Qazandığınız uğurların bəhrəsini ətradınızdaki adamlarla bölüşün.Xoşagəlməzliklər sizə ancaq səthi toxuna bilər.Sizi əhatə edən maraqlı və qarşınızda açılan yeni imkanları görərək təəccüb edəcəksiniz.Uzunmüddətli planlar qurun.İş sahəsində ulduzlar sizə sevindirici anlar yaşadacaq.Sevgi məsələsinə gəldikdə isə 2017 ci ildə sizin həyatınızda vacib rol oynayacaq insanla qarşılaşacaqaınız.Nə istəsiyinizi biləcək və ən çətin məsələləri və məsuliyyəti üzərinizə götürəcəksiniz.Özünüzə əmin olacaqsınız.Sağlamlığa gəldikdə isə daxili gücünüz sayəsində istənilən xəstəliyin öhdəsindən gələ biləcəksiniz.

Balıqlar:-Yeni həyat mərhələsinin astanasındasınız. Sizin yaxınlarınız, əzizləriniz, həmkarlarınız, dostlarınız sizin müttəfiqiniz ola bilər. Yanınızda sizin hərəkət istiqamətinizə uyğun hərəkət edən adamlar lazımdı.Onda siz istənilən çətin işi öhtənizə götürə bilərsiniz. Yadınızdan çıxarmayın ki, uğura çatmaq üçün birgə hərəkət etməlisiniz. Başqa adamların dəstəyilə istəyinizə çata bilərsiniz. Bu il çox yorğunluq hiss edəcəksiniz, güclü olun. İlin ikinci yarısında gərgin mübarizədən sonra qalibiyyətə çatacaqsınız. Yorğun və ağır işin içində olacaqsınız. Təkrar mübarizə sizi gözləyir. Sözlü, ya da yazılı münasibətlərdə diqqətli olun. Son anda planlarınız dəyişə bilər. İl gərgin işlə başlayıb və uğurlu nəticəylə bitəcək. Ona görə də sabit addımlarla yolunuza davam edin. Sevgi və ailə məsələlərində intriqalar,yalanlar,söz-söhbətlər gözlənilir. Yaxşı olar ki bu məqamda üstünlüyü işə verin və ya sadəcə tənha yaşayın. Mənasız, yersiz, aqressiv, emosional problemlər yaşanacaq. Sağlamlığınızla bağlı isə mədə və həzm sistemiylə bağlı problemlər ola bilər. Xəstəlik xroniki hala keçə və orqanizmdə bərpa olunmayan dəyişikliklər və ağırlaşmalar ola bilər.(azxeber.com)

DİGƏR XƏBƏRLƏR