Dollar niyə az satılır? - VİDEO

Dollar niyə az satılır? -  VİDEO

Valyutadəyişmə məntəqələri təlabatı qarşılya bilmir.

Valyutadəyişmə məntəqələrinin normal fəaliyyət göstərməməsinə Banklar Assosiasiyası tərəfindən aydınlıq gətirilib.

Sfera.az xəbər verir ki, Assosiasiyanın sədri Zakir Nuriyev “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, banklarda kifayət qədər valyuta ehtiyatı var, sadəcə olaraq xarici valyutaya axın sürətli olduğundan texniki cəhətdən onun vətəndaşlara çatdırılmasında çətinlik yaranib.  

Dollara təlabat böyük olduğundan bəzən valyutadəyişmə məntəqələri bu təlabatı qarşılya bilmir. Belə məntəqələrin tez-tez bağlanması isə insanlarda çaşğınlıq yaradır.

Banklar Assosiasiyası yaranmış vəziyyəti  texniki səbəblərlə əlaqələndirr.

Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bildirir ki, belə kiçik məntəqlərə böyük həcmdə pulların qoyulması təhlükəsizlik baxımından düzgün  deyil.

Eyni zamanda manatların çeşidlənərək Mərkəzi Banka qaytarılması da müəyyən vaxt alır. Bu proses Avropa ölkələrində də eyni cür həyata keçirilir.

Bu haldan istifadə edərək qara bazar formalaşdıran işbazların fəaliyyəti isə yaxın zamanda sona çatacaq. Bunun üçün  banklar tərfindən iş aparılır.


OXŞAR XƏBƏRLƏR