İlham Əliyev: “Sabah tarixi addımlar atılacaq”

İlham Əliyev: “Sabah tarixi addımlar atılacaq”
"Hökumətlərarası birgə komissiya çox uğurla işləyir. Səfər ərəfəsində Neftçalada İran avtomobil zavodunun açılması mühüm hadisədir”.

APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan İran prezidenti Həsən Ruhani ilə görüşdən sonra keçirilən mətbuat konfransında prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, yaxın vaxtlarda İran texnologiyası ilə çalışacaq dərman zavodunun bünövrəsi də qoyulacaq: "Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması üçün də önəmli addımlar atılır. Bu ilin sonuna qədər Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər uzadacaq. Şimal-Cənub Nəqliyyat Dəhlizinin icrasını sürətləndirmək üçün bu gün Memorandum imzalanıb. Azərbaycan tərəfi gələcəkdə bu layihənin maliyyələşdirilməsində iştirak etmək arzusundadır. Bu məsələ sabah Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşündə də müzakirə ediləcək. Üçtərəfli əməkdaşlıq formatının yaradılması təbiidir. Bunun əsasında tarix, coğrafiya və müştərək layihələr dayanır. Bu, tək ölkələr deyil, qitələr üçün böyük əhəmiyyət daşıyır. Sabah Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı tarixi addımlar atılacaq”.
Prezident İlham Əliyev bildirib ki, İran vətəndaşları sadələşdirilmiş viza ilə Azərbaycana gələ bilirlər: "Görüşdə ekologiya, Xəzərlə bağlı məsələlər də müzakirə olundu. Heç bir məsələ ilə bağlı ciddi fikir ayrılığı yoxdur. Məqsəd siyasi, iqtisadi əlaqələri gücləndirməkdir”.

OXŞAR XƏBƏRLƏR

Dünyaca məşhur müğənni Rihanna İMİCİNİ DƏYİŞDİ

Dünyaca məşhur müğənni Rihanna imicini kökündən dəyişib.    Sfera.az xəbər verir ki, bu barədə fotolar "People" saytında dərc olunub. ...

Rusiyalı ekspert: "Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"

“Qarabağdakı Rusiya Sülhməramlı Kontingentinin vaxtından əvvəl çıxarılması barədə Rusiya ilə Azərbaycan arasında razılaşma onu göstərir ki, Moskva-Bakı mü...

Qubad İbadoğlu ilə bağlı yekun ittiham aktı ELAN EDİLDİ

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır.   Bu barədə Sfera.az-a onun vəkili...

"Valideynlər "Məktəblinin dostu"ndan tam razıdırlar" - Azər Abizadə

"Aparılan sorğuya görə, valideynlər "Məktəblinin dostu"ndan (MD) tam razıdırlar". Sfera.az xəbər verir ki, bunu elm və təhsil nazirinin...

Rüstəm Ağayev "Məktəblinin dostu” layihəsinin məqsədini AÇIQLADI 

"“Məktəblinin dostu” layihəsinin məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi, ...

Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

Kapital Bank-dan digər banklarda nağd kredit və kredit kartı olan müştərilərə müjdə!   Xəbər verdiyimiz kimi Kapital Bank digər banklarda kredit öhdə...