\"Lələtəpəyə sancılan Azərbaycan bayrağı I Avropa Oyunlarında dalğalanmış bayraqdır\"

\
Düşməndən təmizlənən Lələtəpə yüksəkliyinə sancılan Azərbaycan bayrağı I Avropa Oyunlarında dalğalanmış bayraqdır.
Sfera.az xəbər verir ki, bunu "Region TV"nin "Günün ardınca" verilişinə açıqlamasında I Avropa Oyunlarında Azərbaycan yığma komandasının bayraqdarı olmuş paraolimpiyaçı İlham Zəkiyev bildirib. 

O qeyd edib ki, "Bakı 2015" ilk Avropa Oyunlarında daşıdığı bayraq hazırda Füzulinin Lələtəpə yüksəkliyində dalğalanır. 

"Birinci Avropa Oyunlarından sonra mən Müdafiə Nazirliyinin xətti ilə ön cəhbədə hərbçilərlə görüşlər keçirdim. Həmin vaxt Şəmkir korpusunda, Murovda,  Ağdamda oldum. Son olaraq, Füzuli-Beyləqan bölgəsində özüm xidmət etdiyim hərbi hissəsinin kəşfiyyatçıları ilə görüşmüşdüm.

O bayrağı da özümlə aparmışdım ki, "Mən bu bayrağı beynəlxalq arenada - Birinci Avropa Oyunlarında dalğalandırmışam. Sizin də vəzifəniz bunu Şuşada, Xankəndində dalğalandırmaqdır" demişdim. Məlumdur ki, son baş verən hadisələrdən sonra, aprelin 2-si bizim kəşfiyyatçılar Füzuli istiqamətində strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini ələ keçiriblər. Mənim verdiyim həmin bayrağı oraya sancıblar. Mən də onlara dedim ki, siz o barağı Şuşada, Xankəndinə sancmalısınız. Deyirlər, narahat olmayın, İlham müəllim, ora da gedəcəyik, bayrağı orada sancacağıq", - deyə İlham Zəkiyev bildirib. 
 


OXŞAR XƏBƏRLƏR

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...