Daha bir itkin neftçinin ailəsinə ümid işığı
12:01 / 03.04.2016
785
Xəzərin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb.
Milli.Az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyindən quruma verilmiş məlumata əsasən, 2 aprel 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyidin, ilkin olaraq, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.
Bununla əlaqədar meyidin şəxsiyyətinin müəyyən olunması və ölkəyə gətirilməsi üçün aidiyyəti qurumlar məlumatlandırılmışdır.