Prezidentin səfəri başa çatdı

Prezidentin səfəri başa çatdı
İlham Əliyevi yüksək vəzifəli dövlət və hökumət rəsmiləri yola salıb.
 

Azərbaycan prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri başa çatıb.

Sfera.az məlumatına görə, Tehranın "Mehrabad” hava limanında İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri yola salıblar.

____________________________________________________________

20:56 / İlham Əliyev Xamenei ilə görüşdü

Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının ali rəhbəri Seyid Əli Xameneinin görüşü olub.

Sfera.az məlumatına görə, görüşdə tarixi, dini, mədəni köklərlə bağlı olan ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasında birgə səylərin vacibliyi vurğulanıb, bu barədə iki ölkə prezidentlərinin görüşlərində də müzakirə aparıldığı bildirilib.

 

Həmçinin səfər çərçivəsində imzalanan sənədlərin ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişafına, Azərbaycan-İran münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcəyi qeyd olundu.

Fevralın 23-də Azərbaycan prezidentinin İrana rəsmi səfəri başlayıb. İlham Əliyev səfər zamanı İran prezidenti Həsən Ruhani ilə də görüşüb. İki ölkə arasında müxtəlif sahələri əhatə edən 11 sənəd imzalanıb.

İlham Əliyev və Həsən Ruhani

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...