Putinin maşını satışa çıxarıldı - VİDEO- Fotolar

Putinin maşını satışa çıxarıldı -  VİDEO- Fotolar

Maşını almaq istəyən 1,2 milyon dollar ödəməli olacaq.

2012-ci ildə məxsusi olaraq Rusiya prezidenti Vladimir Putin üçün hazırlanan limuzin satışa çıxarılıb. 

ANS PRESS-in məlumatına görə, maşını almaq istəyən 1,2 milyon dollar ödəməli olacaq.


Avtomobilin satılması barədə müvafiq elan nadir kolleksiya avtomobillərinin satışı ilə məşğul olan saytda 

dərc olunub. Putinin istifadə etdiyi "ZİL- 4112R" limuzinin yürüşü 143 kilometrdir. Maşın elektrik 

şüşəqaldırıcı, bar, soyuducu, monitor və iqlimə nəzarət sistemi ilə təchiz olunub. Avtomobilin 

mühərriki injektorla çalışır, təkərləri 18 düym təşkil edir. 3,5 ton çəkiyə malik maşın gülləkeçirməzdir.



"ZİL- 4112R" limuzini

Qeyd edək ki, 2012-ci ilin dekabr ayında "İzvestiya" qəzeti Rusiya prezidenti Vladimir Putinin ilk 

şəxslər üçün nəzərdə tutulan "ZİL- 4112R" limuzini yararsız hesab edib. Nəşrin məlumatına görə, 

dövlət başçısı maşını yoxladıqdan sonra orada bir sıra nöqsanlar tapıb. Lakin sonradan Kremlin 

mətbuat xidməti bu məlumatı təkzib edib.




Dövlətin ilk şəxslər üçün avtomobillər "Kortej" layihəsi çərçivəsində hazırlanır. Rusiyanın

"AMO ZİL" zavodu ilk şəxslər üçün nəzərdə tutulmuş limuzinlərlə yanaşı sedan tipli 

avtomobillər də istehsal edir. 




Yaxın zamanlarda Vladimir Putin üçün nəzərdə tutulan yeni limuzinin hazırlanması yekunlaşır.

 Rusların dünyanın ən etibarlı limuzini adlandırdığı avtomobil 800 at gücündə mühərriklə 6 ton

 çəkiyə malik olacaq. Limuzinin xarici görünüşü isə “Rolls Royce”a bənzəyəcək. Layihə üçün ilkin

 olaraq 50 milyon rubl (990 000 manat) maliyə müəyyən edilib. 2018-ci ildə istehsal ediləcək 

limuzinin ilk buraxılışı Rusiya prezidenti Vladimir Putin üçün sifariş edilib. 







OXŞAR XƏBƏRLƏR