Gündəm

Bakının rayonları qazsız qalacaq

Bakının rayonları qazsız qalacaq

Fevralın 10-da Bakı şəhərinin Nizami, Sabunçu, Xəzər, Suraxanı rayonlarının, eləcə də

 Abşeron və Qazax rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Bakı 

regional qaz istismarı departamentinin tabeçiliyində olan inzibati rayonların ərazilərində 

istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması, qaz xətlərində aşkar olunmuş 

sızmaların ləğvi, Yeni Günəşli qəsəbəsi A/B massivində yerləşən 262 saylı körpələr evi-uşaq 

bağçasına çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və Qazax rayonunda

 diametri 159 mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar fevralın 10-da saat 09:30-dan

 işlər yekunlaşanadək Nizami rayonunun 8-ci kilometr, Sabunçu rayonunun Maştağa, Xəzər

rayonunun Buzovna, Suraxanı rayonunun Bülbülə qəsəbələri və Yeni Günəşli massivinin, həmçinin

 Abşeron rayonu Mehdiabad qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Bundan başqa, saat 10:00-dan 18:00-dək Qazax şəhərinin bir hissəsində təbii qazın verilişində 

fasilələr yaranacaq.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031