Azərbaycanda 2 yeni komitə yaradılır

Azərbaycanda 2 yeni komitə yaradılır

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində iki yeni texniki komitə

 yaradılacaq.

Sfera.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Komitəsinin aparat rəhbəri Arif Əşrəfov bu gün

 keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hazırda Dövlət Komitəsinin nəzdində 9 texniki komitə fəaliyyət göstərir: "Hazırda enerji 

səmərəliliyi və yol nəqliyyatının tənzimlənməsi ilə bağlı yeni iki texniki komitənin yaradılması istiqamətində

 iş aparılır".

A.Əşrəfov həmçinin bildirib ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində

 Apellasiya Şurası yaradılıb.

Şuraya A.Əşrəfov rəhbərlik edəcək. Şuranın tərkibinə 6 nəfər daxildir.


OXŞAR XƏBƏRLƏR