Taksilərlə bağlı mühüm QADAĞA

Taksilərlə bağlı mühüm  QADAĞA

Azərbaycanda taksilərdə siqaret çəkilməsinin qadağan edilməsi təklif olunur. Bu təkliflə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev çıxış edib.

M.Quliyev Trend-ə bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində taksi xidməti yüksək keyfiyyətli xidmət hesab edilir.

Onun sözlərinə görə, həm taksi maşınının vəziyyəti yaxşı səviyyədə olmalıdır, həm də sürücünün davranışı, mədəniyyət səviyyəsi, səliqəliliyi olmalıdır:

“Burada ən vacib məsələlərdən biri də taksilərdə siqaret çəkilməsinin qadağan olunmasıdır. Mən bu təkliflə Milli Məclisdə çıxış etmişəm. Bu həm taksi sürücüləri, həm də sərnişinlər üçün vacidbir. Çünki taksi kiçik qapalı bir məkandır. Əgər taksidə bir nəfər siqaret çəkirsə, orada olanların hamısı siqaret tüstüsündən zəhərlənir. Orada uşaqlar da, qadınlar da olur”.

Qeyd edək ki, qapalı məkanlarda siqaret çəkməyi qadağan edən qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Utancvericidir və bu davranışı sonuncu dəfə qəbul edirəm" -  Maurisio Poçettino

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino İngiltərə çempionatının 33-cü turunun "Everton"la oyunundan danışıb.   Sfera.az bildi...

Kibertəhlükəsizlik üzrə reytinq açıqlandı - Azərbaycan neçənci yerdədir? 

Estoniyanın e-İdarəetmə Akademiyasının hazırladığı növbəti Kibertəhlükəsizlik üzrə Milli İndeks (National Cyber Security İndex 2024) açıqlanıb.   Sfe...

Həkimdən bu şəxslərə XƏBƏRDARLIQ! - “Kişilər 45, qadınlar isə 55 yaşdan sonra..." 

“Kişilərin 45, qadınların isə 55 yaşdan sonra ildə bir dəfə kardioloji “check-up” müayinəsindən keçməsi tövsiyə olunur”.   S...

Aprelin 16-sı Ümumdünya Səs Günüdür

Səs gününün qeyd olunmasına 1998-ci ildə Braziliya Lorinqologia və Səs Cəmiyyətinin təşəbbüsü ilə başlanılıb.   Sfera.az xəbər verir ki, 2002-ci ildə...

10 martda imtahan vermiş şagirdlərin NƏZƏRİNƏ! - Nəticələr AÇIQLANDI

10 martda keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb. Sfera az-a Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda iştirak edən 11-ci ...

Kopenhagendə tarixi bina yanır - VİDEO

Danimarkanın paytaxtı Kopenhagendə ən məşhur tikililərdən biri hesab olunan keçmiş fond birjasının binasında güclü yanğın baş verib.   Sfera.az xəbər...