Bir neçə rayonda qaz olmayacaq

Bir neçə rayonda qaz olmayacaq

Bakı şəhəri Sabunçu rayonunda, həmçinin Tərtər və Bərdə rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qış mövsümündə abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə oktyabrın 28-dən saat 09:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun bir hissəsində, saat 09:00-dan 18:00-dək isə Tərtər və Bərdə rayonlarında təbii qazın verilişində fasilələr yaranacaq.

Sfera.az


OXŞAR XƏBƏRLƏR